Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Mehdiyev Elçin Məhəmməd oğlu,

Səmədov Xəqani Hacı oğlu.

2. Abbasov Gündüz Qasım oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri       

Bakı şəhəri, 23 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.-24 dekabr.- S.6.