Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əhmədov Pərviz Tərlan oğlu,

Həsənov Samir Firdusi oğlu,

Xasməmmədov Elçin İsgəndər oğlu,

İmanov Cahid Fehruz oğlu.

 2.Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilsinlər:

Mirzəyev Nüsrət Fətulla oğlu,

Zeynalov Zeynal Ağabala oğlu.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri       

Bakı şəhəri, 23 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.-24 dekabr.- S.6.