Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan Mirzəyev İlqar Məhərrəm oğlu "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Bəylərli Səxavət Şahhüseyn oğlu,
Novruzov Səxavət Hüseyn oğlu.
3. Bu Qərarın 1-ci hissəsi 2023-cü il yanvarın 2-dən, 2-ci hissəsi imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 23 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-24 dekabr.-
S.6.