Azərbaycan Respublikası Ali Məhkəməsi
hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abdulov Rəşad Məhərrəm oğlu,
Babayev Zəki Baba oğlu,
Cəfərov Vidadi Cəfər oğlu,
Xıdırov Əhliman Mehman oğlu,
Məmmədov Vidadi Məmməd oğlu.
2. Xəlilov İsmayıl Kamil oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 23 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-24 dekabr.- S.6.