Emmanuel Makron İlham
Əliyevə zəng edib
Dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında
Emmanuel Makron Ermənistan
və Azərbaycan arasındakı münasibətlərə,
həmçinin Azərbaycanın
Laçın rayonundan
keçərək Xankəndi
şəhərinə gedən
yoldakı vəziyyətə
toxunub.
Dövlətimizin başçısı Azərbaycanın
Laçın rayonundan
keçərək Xankəndi
şəhəri istiqamətində
olan yoldakı vəziyyətlə bağlı
qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti
nümayəndələri Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi
ərazilərimizdə faydalı
qazıntı yataqlarının
qanunsuz istismarına və bunun nəticəsində
ətraf mühitə
ciddi zərər vurulmasına etiraz edirlər.
Prezident İlham Əliyev Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
ərazilərimizdə yaşayan
sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün
istifadəsinə maneənin
olmadığını, başqa
təsisatlara lüzum
olmadan Beynəlxalq Qırmızı Xaç
Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının
keçidlərinin təmin
edildiyini vurğulayıb.
Dövlətimizin başçısı vətəndaş
cəmiyyəti nümayəndələrinin
əsas tələbinin
faydalı qazıntı
yataqlarının qanunsuz
istismarının dayandırılması
və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının
təmin edilməsi olduğunu bildirib.
Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın
Azərbaycana məxsus
8 kəndi hələ
də işğal altında saxladığını
qeyd edib.
Emmanuel Makron
Fransanın Ermənistanla
Azərbaycan arasında
münasibətlərin normallaşdırılmasına,
sülh müqaviləsi
üzrə danışıqların
davam etdirilməsinə
dəstək verməyə
hazır olduğunu bildirib.
Prezident İlham Əliyev regional məsələlərə münasibətdə
tarazlı və qərəzsiz davranışın
vacibliyinə toxunaraq,
Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda
Azərbaycan əleyhinə
fəaliyyətlərin təəssüf
doğurduğunu diqqətə
çatdırıb.
Azərbaycan.- 2022.-25 dekabr.- S.5.