"Azərbaycan Respublikası ilə
Rusiya Federasiyasının Tatarıstan
Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki
və mədəni əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası
tərəfindən tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 25
avqust tarixli 977
nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 770; 2007, ¹ 11, maddə 1134; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589; 2010, ¹ 6, maddə 501; 2012, ¹ 2, maddə 128; 2014, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384; 2021, ¹ 7, maddə 824) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan
Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının
Rusiya Federasiyasında
fövqəladə və
səlahiyyətli səfiri.".
2.
Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsi
ilə edilən dəyişiklik barədə
Rusiya Federasiyasının
Tatarıstan Respublikası
tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 dekabr 2022-ci il
Azərbaycan.- 2022.-25 dekabr.- S.5.