"Azərbaycan Respublikası ilə
Rusiya Federasiyasının Dağıstan
Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 3 iyul tarixli 2283 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2283 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 719; 2012, ¹ 2, maddə 124; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384; 2021, ¹ 7, maddə 823; 2022, ¹ 5, maddə 536) 1-ci hissəsi ilə təsdiq edilmiş komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Mustafayev
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının
energetika naziri
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının
səhiyyə naziri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası
gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
birinci müavini
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin rəisi
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi sədrinin müavini
"Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı
Səhmdar Cəmiyyətinin
sədri
"Azərenerji"
Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının Beynəlxalq
əməkdaşlıq şöbəsinin
müdiri.".
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rusiya Federasiyasının Dağıstan
Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 dekabr 2022-ci il
Azərbaycan.- 2022.-25 dekabr.- S.5.