Müzəffər Ali Baş Komandanın Zəfər ordusu
Dəmir yumruq, dəmir iradə, dəmir intizam
Ordu dövlətin siması, qüdrətinin göstəricisidir. Ordu vətənin
dayağı, millətin
güvənc yeridir.
Ordu dəmir intizam, dəmir iradə, güc deməkdir. Zəif dövlətin güclü ordusu ola bilməz.
Ordu vətənini canından çox sevən, lazım gəldiyi anda özünü fəda
etməyi bacaran, vətənpərvər insanların
toplaşdığı bir
qüvvədir.
Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində
ölkəmizdə ordu
quruculuğuna ciddi yanaşılmamış, silahlı
qüvvələrə "özfəaliyyət" prinsipləri
ilə yanaşılmış,
onlar siyasi oyunlara cəlb edilmişdir. Elə başımıza gələn bəlalar da bundan qaynaqlanırdı.
Elə bir mərhələyə
gəlib çıxmışdıq
ki, hər gün torpaqlarımızın
bir hissəsini itirməyə "adət"
etmişdik. Səhərlərimizi yeni ərazilərimizin işğalı xəbərləri
ilə açırdıq.
Azərbaycanda bir hakimiyyətsizlik,
sahibsizlik, xaos sindromu yaşanırdı.
Nəticədə 20 faizdən çox
torpaqlarımız işğal,
minlərlə vətənpərvər
gəncimiz şəhid
oldu.
1993-cü ildə
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə Azərbaycanda ordu quruculuğunda yeni mərhələ başladı. İlk növbədə siyasi oyunların alətinə çevrilmiş
silahlı qüvvələrdə
islahatlar aparıldı.
Ordunun dövlətə,
vətənə xidmət göstərməsi
üçün əsaslı
tədbirlər görüldü.
Silahlı Qüvvələrin
maddı-texniki bazasının
yaradılması istiqamətində
təxirəsalınmaz tədbirlərə
start verildi, peşəkar
kadrların hazırlanmasına
diqqət artırıldı.
Müvəqqəti qələbədən "xumar"olan
düşmən isə
hər gün yeni ərazilər işğal edəcəyi
ilə bizi təhdid etməkdən
"zövq" alırdı. Düşmən
bircə şeyi, qarşısındakının kim olduğunu
unudurdu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan az sonra Azərbaycan Ordusu Füzuli istiqamətində
hücuma keçərək
düşmənə ilk məğlubiyyət
acısını yaşatdı,
onu sülh danışıqlarına məcbur
etdi. Müvəqqəti atəşkəs haqqında saziş imzalandı. Ulu Öndər
qeyd edirdi ki, "Sülh danışıqlarını cəsarətlə
apara bilmək üçün güclü
orduya malik olmaq lazımdır".
Görülən işlər, ordu
quruculuğuna verilən
diqqət, aparılan kadr islahatı, ordunun maddi-texniki bazasının gücləndirilməsi,
xalqda və Ümummilli Liderdə qələbəyə olan
inamı artırdı.
Ordumuzun müdafiə qabiliyyəti
xeyli gücləndirildi.
Ordumuzun gücünə
inanan, güvənən
Ulu Öndər Azərbaycan Ordusunun döyüş qabiliyyətini,
qələbəyə olan
inamını görüb
əminliklə deyirdi:
"Düşmən bilməlidir
ki, biz istənilən
anda məsələni
hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda
nizam-intizamın güclənməsi,
ordunun maddi-texniki bazasının möhkəmlənməsi,
müasir silahların
alınması - bütün
bunlar buna görədir".
Hakimiyyətə gəldiyi ilk gündən
Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini bəyan edən İlham Əliyev ordu quruculuğuna olan diqqəti daha da artırdı. 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə
Müdafiə Sənayesi
Nazirliyi yaradıldı.
Bizə dost, qardaş
ölkələrin ordu
quruculuğundakı təcrübələrinin
öyrənib tətbiqinə
diqqət yetirdi. Ordumuzun beynəlxalq standartların tələblərinə
uyğun qurulması istiqamətində ciddi islahatlara start verildi. Azərbaycan Ordusu qardaş Türkiyə,
dost Pakistan dövləti, Rusiya
ilə birgə təlimlərə cəlb
olundu. Yeni qoşun növlərinin
yaradılmasına başlanıldı.
Bütün qoşun növlərində
XTQ yaradıldı. Ordunun nizam-intizamına
olan diqqət və tələbkarlıq
tamam dəyişdi.
Təminata, təchizata olan
münasibət fərqli
bir müstəviyə
keçdi. Ordumuzun yeni,
modern silahlarla təchizatı
gücləndirildi. Ordumuz həm
də dünyada sülhyaratma missiyasını
yerinə yetirməyə
qadir bir vəziyyətə gətirilərək
sülhün və təhlükəsizliyin təminatçısı
kimi töhfəsini verməyə başladı.
Azərbaycan sülhməramlıları dünyanın bir sıra dövlətlərində,
münaqişə ocaqlarında
ölkəmizin adını
şərəflə təmsil
etdilər.
Ölkəmiz, xalqımız sülhpərvərdir. Bütün qonşularla
sülh, əmin-amanlıq
şəraitində yaşamaq
başlıca məqsədimizdir.
Nə yazıq ki, namərd qonşularımız
bunu hələ də anlaya bilmirlər.
2016-cı ildə
düşmən növbəti
dəfə təxribat
törədərək yeni
torpaq işğal etmək həvəsinə
düşmüşdü. Aprelin ilk günləri
atəşkəsi pozan
erməni silahlı qüvvələri ordumuzun
ciddi müqaviməti ilə rastlaşmalı oldular. Ordumuz düşmənin bir neçə istiqamətdə hücumunun
qarşısını alaraq
onu sarsıdıcı
məğlubiyyətə uğratdı.
Bir sıra strateji yüksəkliklər düşmən
işğalından azad
edildi. Ordumuz uzun illərdən
sonra xalqımıza qələbə sevincini yaşatdı.
Amma yenə də ermənilər uzun illər idi ki, özlərinə bəla axtarırdılar. Nəhayət, 2020-ci ildə ard-arda etdikləri səhvləri
onları axtardıqları
bəlaya tuş gətirdi. Ordumuzdakı dəmir iradə,
dəmir intizam dəmir yumruğa döndü. 2020-ci il sentyabrın 27-də
düşmənin torpaqlarımıza
xaincəsinə hücumunun
qarşısı qətiyyətlə
alınaraq 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımız düşməndən
azad edildi. Ordumuz düşməni sarsıdıcı
məğlubiyyətə uğradıb
darmadağın etdi.
Müasir dünyanın bənzərsiz
siyasi liderlərindən
olan İlham Əliyev qurduğu ordu, düşmən üzərində çaldığı
qələbə ilə
həm də dünya hərb tarixinə öz adını qalib sərkərdə kimi yazdı.
İftixarla deyə bilərik ki, bu gün Azərbaycan regionun təkcə iqtisadi, siyasi cəhətdən yox, həm də hərbi qüdrətinə görə lider dövlətidir. Ordumuz dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Silahlı Qüvvələrimiz vətənimizi və dövlətimizi bütün təhlükələrdən qorumaq gücünə qadirdir. Necə deyərlər, arxadır yurdumuza, eşq olsun ordumuza.
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 25 dekabr.- S.8.