"Dövlət-özəl tərəfdaşlığı
haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli
691-VIQ nömrəli Qanununun tətbiqi və
Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi
və "Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və "Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2014-cü il
20 fevral tarixli
111 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında" 2019-cu il 30 dekabr tarixli 911 nömrəli
Fərmanında dəyişiklik edilməsi və "Tikinti və infrastruktur
obyektləri ilə əlaqədar investisiya
layihələrinin xüsusi maliyyələşmə
əsasında həyata keçirilməsi haqqında" Azərbaycan
Respublikasının 2016-cı il 15 mart tarixli
177-VQ nömrəli Qanununun tətbiqi barədə"
2016-cı il 20 aprel tarixli 867 nömrəli, "Tikinti
və infrastruktur obyektləri ilə əlaqədar
investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə
et-təhvil ver" modeli
çərçivəsində həyata keçirilməsinin
şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq
investorlar qarşısında qoyulan tələblər, bağlanılan
müqavilələrin xüsusiyyətləri və şərtləri,
investisiya qoyuluşu nəticəsində
əldə olunacaq mal
və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi
Qaydası"nın təsdiq edilməsi haqqında"
2016-cı il 7 dekabr
tarixli 1149 nömrəli fərmanlarının
ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.3-cü, 1.1.10-cu, 7.1-ci, 7.2.7-ci, 7.2.10-cu, 7.2.11-ci, 8.1-ci, 22.2-ci, 25.2-ci maddələrində, 34.2-ci maddəsinin üçüncü cümləsində və 37.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 7.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.2-ci və 1.1.3-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
1.4. həmin Qanunun 7.2.7-ci, 7.2.10-cu, 7.2.11-ci, 8.1-ci, 25.2-ci maddələrində, 34.2-ci maddəsinin üçüncü cümləsində və 37.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.5. həmin Qanunun 1.1.10-cu maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 22.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1954; 2020, ¹ 5, maddə 542, ¹ 7, maddə 862, ¹ 9, maddə 1151; 2021, ¹ 7, maddə 743, ¹ 12, maddə 1422) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 2.0.11-1-ci yarımbənd əlavə edilsin:
"2.0.11-1. dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək;";
4.2. 3.0.42-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"3.0.42. qanunla müəyyən edilmiş qaydada dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək;".
5. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 867 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 672; 2020, ¹ 1, maddə 10; 2021, ¹ 7, maddə 729) ləğv edilsin.
6. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2067; 2019, ¹ 3, maddə 413; 2020, ¹ 1, maddə 9; 2021, ¹ 3, maddə 230) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2022-ci il
Azərbaycan. - 2022.- 28 dekabr.- S.4.