Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının NATO ilə əməkdaşlığını
daha da gücləndirmək
tədbirləri haqqında" 1997-ci il
14 noyabr tarixli 692
nömrəli, "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində
İşçi Qrupunun
yaradılması haqqında" 2004-cü il
17 sentyabr tarixli 394 nömrəli,
"Azərbaycan Respublikasının Avropa
İttifaqı ilə əməkdaşlığı üzrə
Dövlət Komissiyasının yaradılması
haqqında" 2005-ci il 1 iyun
tarixli 834 nömrəli, "Azərbaycan
Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin
işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında"
2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli, "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası
arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi
barədə" 2006-cı il 25 avqust tarixli 1638 nömrəli və "Azərbaycan
Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri
üzrə Hökumət Komissiyasının yeni
tərkibinin təsdiq edilməsi barədə" 2006-cı il 26 avqust tarixli
1640 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli 692 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 432; 2002, ¹ 1, maddə 56; 2003, ¹ 9, maddə 487; 2006, ¹ 7, maddə 588; 2007, ¹ 6, maddə 603; 2008, ¹ 11, maddə 969; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsinə "nəqliyyat" sözündən əvvəl "rəqəmsal inkişaf və" sözləri, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri" sözlərindən əvvəl "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi" sözləri əlavə edilsin, həmin hissədə "Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri" sözləri "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" sözləri ilə, "Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru" sözləri "Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri" sözləri ilə əvəz edilsin və həmin hissədən "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru" sözləri çıxarılsın.
2. "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 9, maddə 712; 2005, ¹ 4, maddə 300, ¹ 6, maddə 494; 2007, ¹ 10, maddə 1009; 2009, ¹ 7, maddə 589; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384; 2018, ¹ 8, maddə 1677; 2019, ¹ 2, maddə 294) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
3. "Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 493, ¹ 10, maddə 968; 2006, ¹ 7, maddə 588, ¹ 9, maddə 743; 2007, ¹ 5, maddə 459; 2009, ¹ 4, maddə 233; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 620; 2012, ¹ 12, maddə 1291; 2013, ¹ 3, maddə 292; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2015, ¹ 8, maddə 957; 2016, ¹ 5, maddə 861, ¹ 9, maddə 1518; 2017, ¹ 11, maddə 2124; 2018, ¹ 8, maddələr 1677, 1715; 2019, ¹ 2, maddə 294; 2020, ¹ 2, maddə 123) 1-ci hissəsində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli 1000 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 820; 2009, ¹ 7, maddə 589; 2014, ¹ 4, maddə 391, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Komissiyanın üzvləri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
ədliyyə nazirinin
müavini
Azərbaycan Respublikası
rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası
maliyyə nazirinin müavini
Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
birinci müavini
"Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi" Qapalı
Səhmdar Cəmiyyətinin
sədri.".
5. "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri
üzrə hökumətlərarası
Dövlət Komissiyasının
tərkibinin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
25 avqust tarixli 1638 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 8, maddə 723; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə
589; 2012, ¹ 2, maddə 126; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə
644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 1, maddə
79, ¹ 6, maddə 1321; 2019, ¹ 11, maddə 1726) 1-ci hissəsində
"nəqliyyat, rabitə
və yüksək texnologiyalar" sözləri
"rəqəmsal inkişaf
və nəqliyyat"
sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan
Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə
Hökumət Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 8, maddə
725; 2009, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə
129; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016,
¹ 8, maddə
1384; 2018, ¹ 1, maddə 79, ¹ 3, maddə 478; 2021, ¹ 1, maddə
77) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri
"rəqəmsal inkişaf
və nəqliyyat"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2022-ci il
Azərbaycan.- 2022.-30 dekabr.- S.4.