"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə 393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə 225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə 1049; 2009, ¹ 6, maddə 395, ¹ 7, maddə 505; 2012, ¹ 6, maddə 528; 2014, ¹ 8, maddə 958; 2016, ¹ 11, maddə 1777; 2017, ¹ 1, maddələr 18, 32; 2018, ¹ 8, maddə 1671, ¹ 12 (I kitab), maddə 2500; 2019, ¹ 8, maddə 1365, ¹ 11, maddə 1688; 2020, ¹ 12 (l kitab), maddə 1449; 2021, ¹ 12, maddə 1330) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.31-1-ci maddəyə "(dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla)" sözlərindən sonra ", icbari tibbi sığorta fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların icbari tibbi sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla)" sözləri əlavə edilsin.

2. 1.1.31-2-ci maddəyə "(dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla)" sözlərindən sonra ", icbari tibbi sığorta fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların icbari tibbi sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla)" sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 dekabr.- S.2.