"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2053; 2017, ¹ 7, maddə 1288; 2019, ¹ 1, maddə 28; 2020, ¹ 5, maddə 527, ¹ 11, maddə 1333; 2021, ¹ 12, maddə 1310) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4.3-cü maddəyə "publik hüquqi şəxslərə" sözlərindən sonra "(bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

2. 3.4.12-ci maddəyə "tibb müəssisələri" sözlərindən sonra "və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər" sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 dekabr.- S.2.