"Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə
çevrilməsinin qaydaları haqqında Əsasnamə"nin
təsdiq edilməsi haqqında", "Maliyyə-sənaye
qrupları haqqında" və "Torpaq
icarəsi haqqında" Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 4, maddə 272; 2001, ¹ 1, maddə 25; 2004, ¹ 7, maddə 505; 2016, ¹ 12, maddə 2005) ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"nin 7.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci cümlədə "təsis sənədlərini qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir" sözləri "onun "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir" sözləri ilə əvəz edilsin;
1.2. ikinci
cümlə ləğv
edilsin.
Maddə 2. "Maliyyə-sənaye
qrupları haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 2, maddə
101; 2002, ¹ 5, maddə 241; 2005, ¹ 8, maddə 684) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 4-cü maddənin
birinci hissəsinin üçüncü abzasından,
8-ci maddənin 1-ci və
2-ci hissələrindən və
14-cü maddənin 2-ci hissəsindən
"dövlət" sözü
çıxarılsın;
2.2. 9-cu maddə üzrə:
2.2.1. 2-ci hissədən
birinci halda "dövlət" sözü
çıxarılsın;
2.2.2. 3-cü hissə
üzrə:
2.2.2.1. birinci
abzasdan ikinci halda "dövlət"
sözü çıxarılsın;
2.2.2.2. beşinci
abzas aşağıdakı
redaksiyada verilsin:
"müvafiq
icra hakimiyyəti orqanının rəyi.";
2.2.3. 5-ci hissə
aşağıdakı redaksiyada
verilsin:
"5. Maliyyə-sənaye
qruplarının yaradılmasına
dair müqavilələr,
həmin müqavilələrin
şərtlərində və
ya qrup iştirakçılarının
tərkibində edilən
dəyişikliklərlə bağlı dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında aparılır.";
2.3. 16-cı maddənin
1-ci hissəsində "müvəkkil
dövlət" sözləri
"müvafiq" sözü
ilə əvəz edilsin və ikinci halda "dövlət" sözü
çıxarılsın;
2.4. 17-ci maddə
üzrə:
2.4.1. 1-ci və
2-ci hissələrdə "Müvəkkil dövlət"
sözləri "Müvafiq"
sözü ilə əvəz edilsin;
2.4.2. 3-cü hissə
üzrə:
2.4.2.1. birinci abzasın birinci və ikinci cümlələrində "müvəkkil
dövlət" sözləri
"müvafiq" sözü
ilə əvəz edilsin;
2.4.2.2. 4-cü abzasda
"Müvəkkil dövlət"
sözləri "Müvafiq"
sözü ilə əvəz edilsin və həmin abzasdan ikinci halda "dövlət"
sözü çıxarılsın;
2.4.3. 4-cü hissədə
"Müvəkkil dövlət"
sözləri "Müvafiq"
sözü ilə əvəz edilsin və həmin hissədən ikinci halda "dövlət"
sözü çıxarılsın.
Maddə 3. "Torpaq
icarəsi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 3, maddə
154; 2001, ¹ 3, maddə 149; 2002, ¹ 5, maddə 241, ¹ 12, maddə
706; 2003, ¹ 1, maddə 14; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə
478, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə
348, ¹ 12, maddə 1048; 2012, ¹ 6, maddə 503; 2015, ¹ 3, maddə
247; 2018, ¹ 6, maddə 1183; 2019, ¹ 1, maddə 34, ¹ 7, maddə
1178; 2020, ¹ 5, maddə 509) 5-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında "dövlət
müəssisə, idarə
və təşkilatlarının
yerləşdiyi" sözləri
"dövlətə məxsus
olan hüquqi şəxslərin istifadəsində
olan" sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 noyabr 2022-ci il
Azərbaycan.- 2022.- 29 dekabr.- S.4.