"Sosial müavinətlər
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə 19, ¹ 6, maddə 618, ¹ 11, maddələr 1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹ 3, maddə 400, ¹ 5, maddə 869; 2019, ¹ 3, maddə 380, ¹ 12, maddə 1893; 2020, ¹ 7, maddə 829, ¹ 11, maddə 1331, ¹ 12 (I kitab), maddə 1452; 2021, ¹ 8, maddə 895; 2022, ¹ 6, maddə 584) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.0.2.3-cü və
7.0.13-cü maddələrin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
4.0.2.4-cü və 7.0.14-cü maddələr əlavə
edilsin:
"4.0.2.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət.";
"7.0.14. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda.";
1.2. 9.3-cü maddədə "və dəfn üçün" sözləri ", dəfn üçün və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün" sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 29 dekabr.- S.6.