Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə
və səlahiyyətli səfiri R.S.Mustafayevin
iqamətgahı Haaqa şəhərində
olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi
Silahların Qadağan Olunması üzrə
Təşkilatda daimi nümayəndəsi
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-29 dekabr.- S.3.