Apellyasiya məhkəmələri
sədrlərinin müavinlərinin, məhkəmə
kollegiyaları sədrlərinin və birinci
instansiya məhkəmələri sədrlərinin,
sədrləri müavinlərinin və hakimlərinin təyin
edilməsi ilə bağlı bəzi məsələlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1."Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
apellyasiya məhkəmələri üzrə:
1.1.İlham Məmməd oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin;
1.2. Teyyub Asif oğlu Muxtarov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;
1.3.Zaur Mirzağa oğlu Allahyarov Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini təyin edilsin;
1.4.Məmməd Allahverdi oğlu Məmmədov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin;
1.5.Rafael Əmir oğlu Eyvazov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
1.6. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
1.7.Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;
1.8. İlham Qoşunəli oğlu Əsədov Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
1.9.Elçin İsgəndər oğlu Xasməmmədov Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
1.10 İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.11.Elxan Xasay oğlu Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;
1.12.Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilsin;
hərbi məhkəmələr üzrə:
1.13. Əli Ziya oğlu Süleymanov Füzuli Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.14. Vüqar Kamal oğlu Məmmədov Gəncə Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.15. İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin sədri təyin edilsin;
1.16. Zeynal Qurban oğlu Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
1.17. Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.18. Azər İslah oğlu Paşayev Bakı Ağır Sinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.19. Həbib Bəhram oğlu Həsənov Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.20.İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.21.İlham Əziz oğlu Kərimli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.22.Faiq Adil oğlu Qasımov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.23.Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.24.Rasim Sarı oğlu Kazımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.25. Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.26. Sulduz Paşa oğlu Ləzimov Ağcabədi Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.27. Elşad Abdulla oğlu Bayramov Ağdam Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.28. Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.29. Ramiz Vəliş oğlu Nurullayev Beyləqan Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.30.Gündüz Qasım oğlu Abbasov Bərdə Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.31. Vüsal Adil oğlu Cəbrayılov Cəlilabad Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.32.Aqil Əlisa oğlu Musayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.33.Toğrul Məhəmməd oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.34.Elçin Firudin oğlu Qurbanov Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.35.Zaur Nazim oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.36. Xıdır İnqilab oğlu Quliyev Xaçmaz Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.37.İlqar Hidayət oğlu Cabbarov Şirvan Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xızı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.38. Həsən Salman oğlu Qəniyev Kəlbəcər Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.39.Samir Əlibala oğlu Məmmədov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.40.Anar Adil oğlu Qasımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.41. Cavad Cavanşir oğlu İbrahimov Laçın Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.42.Kamran Şakir oğlu Süleymanov Oğuz Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.43. Firdovsi Zülfü oğlu Əliyev Masallı Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.44.Nemət Şirkət oğlu Paşayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.45.Ayaz Aydın oğlu Səlimov Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naftalan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.46.Ceyhun Tofiq oğlu Qədimov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Neftçala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.47. Səadət Nazim qızı Zeynalova Samux Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.48.Adil Yaqub oğlu Vəliyev Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.49. Gündüz Əhməd oğlu Şirinov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.50.Bəylər Ramiz oğlu Ələkbərov Siyəzən Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.51.Fərid Murtuza oğlu Yaqubov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.52. Ceyhun Rasim oğlu Əhmədov Şəki Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.53.Etibar Zülfüqar oğlu Hümbətov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.54.Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şuşa Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.55.Tahir Möhsüm oğlu Qubadov Zərdab Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.56. Qafil Yavər oğlu Baxşıyev Tovuz Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.57. Hilal İsmayıl oğlu Xəlilov Ucar Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.58. Toğrul Məhəmməd oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.59.Vüqar Nemət oğlu Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zaqatala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.60.İlqam Elxan oğlu Həsənquliyev Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zərdab Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.61.İlqar Aslan oğlu Məmmədov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.62. Nüsrət Fətulla oğlu Mirzəyev Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.63. Telman Osman oğlu Quliyev İmişli Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.64.Muradağa Əhmədağa oğlu Qasımov Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi təyin edilsin.
1.65.Zeynal Ağabala oğlu Zeynalov Masallı Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.66. Rəşad Nizami oğlu Qoşqarlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;
1.67. Gülnarə Fikrət qızı Tağızadə Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və həmin Qanunun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq,
2.1.Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
2.2. İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilsin.
3. Bu Sərəncamın 1.1-ci, 2.1-ci və 2.2-ci bəndləri 2023-cü il yanvarın 2-dən, digər bəndləri imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-29 dekabr.- S.3.