Azərbaycan Respublikası Prezidentinin "Tarixi
"İpək yolu"nun
bərpası üzrə Beynəlxalq Bakı
Konfransının qərarlarının yerinə yetirilməsi
ilə əlaqədar tədbirlər haqqında" 1998-ci il 26 oktyabr tarixli
4 nömrəli, "Məcburi köçkünlərin və
onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" 1999-cu il 8 iyul tarixli 149 nömrəli,
"Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Sirrinin Mühafizəsi
üzrə İdarələrarası Komissiya
haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət Sirrinin
Mühafizəsi üzrə İdarələrarası
Komissiyanın tərkibi barədə" 1999-cu il 9 dekabr tarixli
224 nömrəli, "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin
təmin edilməsi haqqında" 2002-ci il
15 aprel tarixli 685
nömrəli, "Poçt
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" 2004-cü
il 31 avqust tarixli 115 nömrəli fərmanlarında dəyişiklik
edilməsi və "Poçt
haqqında" Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə"
2004-cü il 29 dekabr tarixli 171 nömrəli Fərmanının ləğv
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Tarixi "İpək yolu"nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 612; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 12, maddə 1005; 2009, ¹ 10, maddə 776; 2014, ¹ 4, maddə 364; 2015, ¹ 9, maddə 989; 2017, ¹ 8, maddə 1521) 5-ci, 6-cı və 7-ci hissələrində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
2. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 411; 2004, ¹ 12, maddə 1005; 2017, ¹ 8, maddə 1521) 2-ci hissəsinin səkkizinci abzasında "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
3. "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 704; 2002, ¹ 1, maddə 22; 2004, ¹ 6, maddə 436, ¹ 7, maddə 534; 2005, ¹ 10, maddə 910; 2006, ¹ 7, maddə 588; 2007, ¹ 3, maddə 229; 2014, ¹ 9, maddə 1027; 2015, ¹ 9, maddə 1015, ¹ 11, maddə 1301; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 772, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 175; 2019, ¹ 9, maddə 1487; 2020, ¹ 2, maddə 105; 2022, ¹ 4, maddə 303) 2-ci hissəsinin onuncu abzasında "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
4. "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4 (II kitab), maddə 183; 2005, ¹ 4, maddə 300; 2006, ¹ 11, maddə 944; 2014, ¹ 2, maddə 112, ¹ 9, maddə 1027; 2017, ¹ 1, maddə 51, ¹ 8, maddə 1521, ¹ 12, maddə 2291) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci hissə ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası
müdafiə nazirinin
müavini
Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyinin rəisi
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti rəisinin müavini.";
4.2. 3-cü hissədə
"Xüsusi Dövlət
Mühafizə Xidməti"
sözləri "Strateji
Obyektlərin Mühafizəsi
Dövlət Agentliyi"
sözləri ilə əvəz edilsin.
5. "Poçt haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 8, maddə
623; 2007, ¹ 6, maddə 601; 2010, ¹ 3, maddə 180; 2014, ¹ 9, maddə
1027; 2016, ¹ 6, maddə 1056; 2017, ¹ 3, maddə 353, ¹ 8, maddə
1521, ¹ 11, maddə 1999) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 3.1-ci bənddə
"və 25.3-cü" sözləri
", 25.3-cü və 25.4-cü" sözləri ilə,
"Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar" sözləri
"Rəqəmsal İnkişaf
və Nəqliyyat"
sözləri ilə əvəz edilsin;
5.2. 3.4-cü bənddə
"Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar" sözləri
"Rəqəmsal İnkişaf
və Nəqliyyat"
sözləri ilə əvəz edilsin;
5.3. aşağıdakı
məzmunda 3.5-1-ci bənd
əlavə edilsin:
"3.5-1. həmin
Qanunun 15.7-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
həyata keçirir;".
6. "Poçt haqqında" Azərbaycan
Respublikası Qanununun
icrasının təmin
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
29 dekabr tarixli 171 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 12, maddə 1017; 2010, ¹ 3, maddə 180; 2014, ¹ 9, maddə
1027; 2017, ¹ 8, maddə 1521) ləğv
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 dekabr 2022-ci il
Azərbaycan.- 2022.- 29 dekabr.- S.4.