"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 685-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında" 2019-cu il 31 yanvar tarixli 502 nömrəli və "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 685-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-21.1-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

 2. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 1, maddə 92, ¹ 12, maddə 1941; 2020, ¹ 5, maddə 562, ¹ 12, maddə 1502; 2021, ¹ 7, maddə 731) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.1-ci bəndə "15-21.1.4-cü" sözlərindən sonra ", 15-21.1-1-ci" sözləri əlavə edilsin;

2.2. 6.2-ci bəndə "15-21.1.4-cü," sözlərindən sonra "15-21.1-1-ci," sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 9, maddə 1639; 2019, ¹ 2, maddə 219; 2020, ¹ 6, maddə 690, ¹ 12 (I kitab), maddə 1483; 2021, ¹ 6 (I kitab), maddə 570, ¹ 11, maddə 1219; 2022, ¹ 5, maddə 445, ¹ 8, maddə 839) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.5.11-ci yarımbəndin 3-cü və 4-cü abzasları ləğv edilsin;

3.2. aşağıdakı məzmunda 4.7.8-3-cü yarımbənd əlavə edilsin:

"4.7.8-3. icbari tibbi sığorta fondunun büdcəsinin layihəsini hazırlayır və təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 dekabr.- S.6.