"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;

1.2. həmin Məcəllənin 334.1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir;

1.3. həmin Məcəllənin 334.1.2-ci və 334.1.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

1.4. həmin Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər.

2. "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 793; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027, ¹ 10, maddə 1194; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 384, ¹ 5, maddə 761, ¹ 7, maddələr 1322, 1335, ¹ 8, maddə 1521; 2018, ¹ 5, maddə 906, ¹ 9, maddə 1844, ¹ 12 (I kitab), maddə 2609; 2020, ¹ 5, maddə 560; 2021, ¹ 6 (I kitab), maddə 596; 2022, ¹ 5, maddə 470, ¹ 8, maddə 844) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 28.1-1-ci bənddə "334-cü maddəsinin ikinci cümləsində" sözləri "334.3-cü maddəsində" sözləri ilə əvəz edilsin;

2.2. 28.1-2-ci bənddə "334-cü maddəsinin birinci cümləsində (birinciikinci hallarda)" sözləri "334.1-ci maddəsinin birinci abzasında" sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 28.1-4-cü bənd əlavə edilsin:

"28.1-4. həmin Məcəllənin 334.1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir;";

2.4. 28.7-ci bənddə "maddəsində və 334-cü maddəsinin birinci cümləsində (üçüncü halda)" sözləri ", 334.1.2-ci və 334.1.3-cü maddələrində" sözləri ilə əvəz edilsin;

2.5. 28.13-cü bənddə "334-cü maddəsində" sözləri "334.1-ci maddəsinin birinci abzasında" sözləri ilə əvəz edilsin;

2.6. 28.13.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarınınmülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir;";

2.7. aşağıdakı məzmunda 28.13.3-cü yarımbənd əlavə edilsin:

"28.13.3. bu Fərmanın 28.13.1-ci və 28.13.2-ci yarımbəndləri nəzərə alınmaqla, qalan hissəsi gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların maddi-texnikisosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülür.".

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 dekabr.- S.6.