Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"Dövlət adından yaradılan publik
hüquqi şəxslərə dövlət
büdcəsi hesabına məqsədli vəsaitlərin
ödənilməsi Qaydası"nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 3, maddə 1944) ilə təsdiq edilmiş "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənd üzrə:
1.1. birinci cümlədə "vəsaitlərin" sözü "vəsaitlər" sözü ilə əvəz edilsin və həmin cümlədən "yuxarı həddi" sözləri çıxarılsın;
1.2. ikinci cümlə çıxarılsın.
2. 2.1-ci bənddən ", vəsaitlərin publik hüquqi şəxslər üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq bölgüsü aparıldığı tarixdən 15 iş günü müddətində" sözləri çıxarılsın.
3. Aşağıdakı məzmunda 2.1-1-ci yarımbənd əlavə edilsin:
"2.1-1. Müqavilə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq vəsait proqnozlaşdırıldıqdan sonra publik hüquqi şəxs tərəfindən cari ildə icra edilməsi nəzərdə tutulan, lakin icrası təmin edilməyən tədbirlər üzrə qalıq vəsait də nəzərə alınmaqla bağlanılır.".
4. 3.2-ci bənddən "aylıq," sözü çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 29 dekabr.- S.6.