Azərbaycan Respublikası Prezidentinin "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 29 yanvar tarixli 668 nömrəli, "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2005-ci il 3 iyun tarixli 248 nömrəli, "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli, "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 2006-cı il 27 dekabr tarixli 501 nömrəli, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2007-ci il 6 fevral tarixli 528 nömrəli və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanından irəli gələn məsələlər barədə" 2008-ci il 5 mart tarixli 717 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında", "Maliyyə-sənaye qrupları haqqında" və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

 1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 51; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 5, maddə 861; 2018, ¹ 12 (I kitab), maddə 2611; 2020, ¹ 1, maddə 17, ¹ 5, maddə 565; 2021, ¹ 6 (I kitab), maddə 591, ¹ 11, maddə 1213, ¹ 12, maddə 1429; 2022, ¹ 1, maddə 26; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli Fərmanı) 2.10-cu və 2.11-ci bəndlərində "Azərbaycan Respublikasının Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri "Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 485; 2006, ¹ 11, maddə 948; 2008, ¹ 11, maddə 969; 2009, ¹ 4, maddə 226, ¹ 10, maddə 785; 2010, ¹ 2, maddə 80; 2012, ¹ 12, maddə 1242; 2013, ¹ 5, maddə 494, ¹ 12, maddə 1538; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 775, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddə 1840; 2022, ¹ 2, maddə 106, ¹ 5, maddə 471, ¹ 8, maddə 845) ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın IV hissəsinin 14-cü bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununa "Milli" sözündən əvvəl "Əqli Mülkiyyət Agentliyi," sözləri əlavə edilsin.

3. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 9, maddə 734; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464; 2017, ¹ 4, maddə 536; 2021, ¹ 1, maddə 42) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddən ", Azərbaycan Respublikasının Vergilər Nazirliyi" və ", Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi" sözləri çıxarılsın;

3.2. 1.2-ci bənddə  "Azərbaycan Respublikasının Vergilər" sözləri "Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1048; 2009, ¹ 4, maddə 226) 4-cü hissəsində birinci halda "Vergilər" sözü "İqtisadiyyat" sözü ilə, "Vergilər Nazirliyinə" sözləri "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə" sözləri ilə əvəz edilsin.

5. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 94, ¹ 11, maddə 1111; 2009, ¹ 4, maddə 226, ¹ 6, maddə 417; 2014, ¹ 10, maddə 1199; 2015, ¹ 3, maddə 273, ¹ 9, maddə 991; 2016, ¹ 12, maddə 2065; 2017, ¹ 5, maddə 830; 2018, ¹ 10, maddə 2016; 2019, ¹ 5, maddə 840) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.3-cü bənd ləğv edilsin;

5.2. 2.3-1-ci bəndə "6.1-3-cü" sözlərindən sonra "8.1-ci" sözləri əlavə edilsin;

5.3. 2.5-ci bənddə "Azərbaycan Respublikasının Vergilər" sözləri "Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat" sözləri ilə əvəz edilsin.

 6. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanından irəli gələn məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 167; 2010, ¹ 4, maddə 296; 2011, ¹ 4, maddə 277; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1475) 3-cü hissəsində "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi" sözləri "Antiinhisarİstehlak Bazarına Nəzarət" sözləri ilə əvəz edilsin və həmin hissədən ", Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin" sözləri çıxarılsın.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 dekabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 29 dekabr.- S.11.