Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Dəniz Agentliyi və
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin
təsdiq edilməsi barədə"
2018-ci il 22 may tarixli 90 nömrəli və "Xüsusi rabitə ilə bağlı bəzi
məsələlər haqqında" 2019-cu il
11 aprel tarixli 622
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 958; 2019, ¹ 11, maddə 1702) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə";
1.2. 1-ci hissə ləğv edilsin;
1.3. 2-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;
1.4. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə" üzrə:
1.4.1. adında, 1.1-ci və 1.2-ci bəndlərdə (hər iki halda) "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;
1.4.2. 5.4-cü bənddə və 5.6.5-ci yarımbənddə "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
2. "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 622; 2020, ¹ 1, maddə 12, ¹ 4, maddə 424, ¹ 6, maddə 708; 2021, ¹ 2, maddə 119, ¹ 5, maddə 452, ¹ 6 (I kitab), maddə 574; 2022, ¹ 2, maddə 116, ¹ 4, maddə 305, ¹ 8, maddə 848) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 - "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı" üzrə:
2.1.1. 27-ci hissə və 29.21-ci bənd ləğv edilsin;
2.1.2. 28-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;
2.1.3. aşağıdakı məzmunda 29.10-1-ci bənd əlavə edilsin:
"29.10-1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri;";
2.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı" üzrə:
2.2.1. 20-ci hissənin mətnində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin;
2.2.2. 20.5-ci bənd ləğv edilsin;
2.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 - "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı" üzrə:
2.3.1. 26-cı hissə ləğv edilsin;
2.3.2. 27-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 29 dekabr.- S.11.