İsrail Təhlükəsizlik Akademiyası: “Qafqazda heç
bir layihə Azərbaycansız reallaşa bilməz”
Azərbaycan Prezidenti hər zaman öz humanistliyi‚ nəcibliyi‚ yüksək dünya görüşü, dərin intellekti‚ parlaq zəkası və güclü diplomatik bacarığı ilə bütün dünyada özünəməxsus yer tutan, o cümlədən yüksək nüfuza və dərin hörmətə malik‚ sayılıb-seçilən dövlət başçılarındandır. Azərbaycanın Avropa və Qərb ölkələri ilə ortaq enerji layihələrinin reallaşması, ölkə iqtisadiyyatının yüksələn xətlə‚ sürətlə inkişaf etməsi Prezident İlham Əliyevin zəngin diplomatiyasının‚ parlaq daxili və xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev mahir diplomat‚ praqmatik siyasi xadim olmaqla bərabər güclü iqtisadçıdır. Bölgənin bütün nəhəng iqtisadi, enerji layihələrinin müəllifi və təşəbbüskarı məhz Prezident İlham Əliyevdir. Qafqazda, eləcə də Türk dünyasında heç bir layihə Azərbaycansız və İlham Əliyevsiz reallaşa bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının “Qafqazda, eləcə də Türk dünyasında heç bir layihə Azərbaycansız və İlham Əliyevsiz reallaşa bilməz” adlı məqaləsində yer alıb.
Məqalədə bildirilib ki, İlham Əliyev nəinki öz ölkəsinin, xalqının‚ hətta bütün bölgənin təhlükəsizliyi və əmin-amanlığı üçün əzmlə çalışmaqdadır. Bölgədə və bütün dünyada sülhə, əmin-amanlığa öz töhfəsini verməkdədir. Hazırda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycan iqtisadiyyatını daha dayanıqlı edir, həmçinin sürətli inkişafı təmin etməklə‚ Azərbaycanın gələcəyi üçün yüksək uğurlar və böyük nailiyyətlər yaradır.
Azərbaycan prezidentinin parlaq siyasəti hərbi sahədə də öz töhfəsini verib. Azərbaycan Ordusunun 44 günlük müharibədə işğalçı Ermənistan üzərində Qələbə qazanmasında Prezident İlham Əliyevin ordu quruculuğu siyasəti böyük əhəmiyyət kəsb edib. Məhz bunun nəticəsidir ki‚ 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri üzərində əvəzsiz Qələbə qazanıb. Hazırda məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Prezident İlham Əliyevə olan ümumxalq sevgisi və rəğbəti bütün xalqı Azərbaycan dövlətinin ətrafında sıx birləşdirib. Təkcə ölkə daxilindəki vətəndaşların deyil, respublikamızın hüdudlarından çox-çox uzaqlarda yaşayan azərbaycanlıların və həmçinin Arazın Cənubundakı bütün Güney soydaşlarımızın da İlham Əliyevə böyük sevgisi var. 2020-ci ilin 44 günlük Qarabağ müharibəsində bu‚ açıq-aşkar göründü.
Diqqətə çatdırılıb ki, hazırda dünyanın hər yerində Prezident İlham Əliyevə böyük sayğı və ehtiram vardır. Bunun da səbəbi‚ İlham Əliyevin müdrikliyi‚ humanistliyi‚ yüksək insanpərvərliyi və öz siyasi xəttində ali dəyərləri rəhbər tutmasıdır. Vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış multikultural siyasət və tolerantlıq bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Azərbaycan daxilində yaşayan bütün etnik xalqlar, müxtəlif dini inanclar bir-biri ilə qardaşlıq və doğmalıq şəraitində yaşayırlar. Məhz İlham Əliyevin bu siyasəti Azərbaycanı dünyada ən nümunəvi ölkələr sırasına yüksəltmişdir. Hazırda Azərbaycanda yaşayan, eləcə də İsrailə köçmüş bütün yəhudilər‚ hər zaman Prezident İlham Əliyevə sonsuz sevgi və rəğbət bəsləyirlər. İsrail‚ Avropa, ABŞ‚ eləcə də Rusiyadakı azərbaycanlı-yəhudi icması Prezident İlham Əliyevə böyük hörmət və ehtiram göstərirlər. Prezident İlham Əliyevin yüksək insanpərvərliyi, nəcib insani keyfiyyətlərə malik olması onu bir Lider və şəxsiyyət olaraq hər zaman nəinki Azərbaycan daxilində‚ hətta bütün dünyada sevdirir. Yəhudi xalqı da hər zaman Prezident İlham Əliyevi özünün ən yaxın dostu hesab edir.
Qeyd edilib ki, Azərbaycan
hazırda dünya birliyində çox önəmli və əhəmiyyətli
yerə malikdir. Dünyanın yüksək
nüfuza malik zirvə
görüşlərində Azərbaycan Prezidenti
xüsusi hörmətlə
qarşılanır. Bu‚ Prezident
İlham Əliyevin uğurlu
siyasəti nəticəsində Azərbaycanın daha da güclənməsi
və inkişafının nəticəsində baş verib. Azərbaycanın
İsraildə Səfirlik açması da
Prezident İlham
Əliyevin tarixə qızıl hərflərlə
yazılacaq uğurlu diplomatik
addımıdır. Prezident İlham Əliyevin tolerant siyasəti‚ uğurlu
strateji addımları nəticəsində
yəhudi-Azərbaycan xalqları arasında minilliklərə dayanan münasibətlər, qardaşlıq‚
xüsusən Azərbaycan-İsrail dövlətinin dostluğu daha da inkişaf edəcək
və möhkəmlənəcəkdir.
Azərbaycan.- 2022.- 29 dekabr.- S. 16.