Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 21-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə 386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab), maddə 1434; 2019, ¹ 1, maddə 23, ¹ 7, maddə 1191, ¹ 8, maddə 1380, ¹ 11, maddə 1686; 2020, ¹ 5, maddə 523, ¹ 6, maddə 676, ¹ 7, maddə 832, ¹ 11, maddə 1333; 2021, ¹ 7, maddə 717, ¹ 8, maddə 894; 2022, ¹ 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 45.1.7-1-ci maddədə “və 64.0.18-ci” sözləri “, 64.0.18-ci və 64.0.19-cu” sözləri ilə əvəz edilsin;
1.2. 64.0.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 64.0.19-cu maddə əlavə edilsin:
“64.0.19. texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə.”.
Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2022-ci il
Azərbaycan.- 2022.-31 dekabr.- S.16.