İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və
dövlət borcunun ümumi
daxili məhsula nisbət göstəricisinin
ortamüddətli dövr üzrə hədəflənən
yuxarı hədləri, habelə 2023-cü ilin
sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin
qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin
yuxarı həddinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2023-cü ilin sonuna isə 25,0 faiz müəyyən edilsin.
2. Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 31 dekabr.-
S.16.