Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun
tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında" 2018-ci il 20 dekabr
tarixli 414 nömrəli və "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli
Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi
barədə" 2019-cu il 25 dekabr tarixli 902 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 650-VIQDnömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1."Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2571; 2021, ¹ 12, maddə 1398; 2022, ¹ 8, maddə 842) 1.1.6-cı və 1.1.9-cu yarımbəndləri ləğv edilsin.
2."Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1945; 2020, ¹ 5, maddə 560) 1.1.8-ci yarımbəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2022-ci il
Azərbaycan.- 2022.- 31 dekabr.- S.17.