"Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2022-ci il 29 noyabr tarixli 650-VIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 20 oktyabr
tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası
Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli
393 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 650-VIQDnömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-2.1-ci maddəsində və 194.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 50-2.1-cimaddəsində və 194.1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 194.1-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-2.1-ci maddəsinə və 194.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, habelə Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydalarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 650-VIQDnömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1454; 2016, ¹ 8, maddə 1383, ¹ 11, maddə 1802, ¹ 12, maddə 2090; 2021, ¹ 4, maddə 323; 2022, ¹ 8, maddə 847) 1-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2022-ci il
Azərbaycan. - 2022.- 31 dekabr.- S.17.