"Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair
2019-2025-ci illər üçün
Strategiya"nın 2023-2025-ci illərdə icrası üzrə
Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.2. Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2022-ci il
Azərbaycan. - 2022.-31 dekabr.- S.16.