Son 30 ildə Azərbaycan-ABŞ əlaqələri inkişaf, dostluq tərəfdaşlıq baxımından uğurlu olub

 

Son 30 ildə Azərbaycan-ABŞ əlaqələri inkişaf, dostluq tərəfdaşlıq baxımından uğurlu olub.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər diplomatik münasibətlərinin 30 ilimövzusunda vebinarda deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan 2001-ci il sentyabrın 11-də baş verən terror aktından sonra ABŞ-ın başlatdığı mübarizəyə hərbi logistik dəstək göstərib. Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq Əfqanıstandakı missiyalarda da dəstəyini vurğulayıb.

 

Azərbaycan.- 2022.- 2 fevral.- S.2.