Əsas məqsədimiz Azərbaycanda Türkiyə
Silahlı Qüvvələrinin modelində Silahlı Qüvvələr
yaratmaqdır
Biz daim görüşüb iki dövləti maraqlandıran hərbi məsələləri müzakirə edirik. İlk növbədə, regiondakı hərbi-siyasi, eləcə də ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin
tapşırığı ilə Azərbaycan Ordusunda
islahatların aparıldığını diqqətə
çatdıran nazir deyib
ki, bu islahatların əsas
məqsədi Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin
modelində Silahlı Qüvvələr yaratmaqdır. Bu istiqamətdə xeyli iş görülüb. Bunun davamı olan
planlarımızı müzakirə etdik.
Azərbaycan.- 2022.- 2 fevral.- S.4.