Gənc rəssamın uğurları
Bakıda, Gənclər Günü münasibətilə keçirilən sərginin iştirakçılarındən biri də gənc rəssam Mətanət Novruzludur. Mətanət xanım bu sərgiyə “Gül”, “Oğlan” və digər əsərləri ilə qatılıb.
Mətanət rəssamlığa orta məktəb illərindən böyük həvəs göstərib. Çəkdiyi rəsmləri həmyaşıdları və valideynləri heyranlıqla qarşılayıb. Bakının Əhmədli qəsəbəsindəki 269 nömrəli orta məktəbin 4-cü sinfində oxuyarkən müəllimlərinin tövsiyəsi ilə valideynləri “balaca rəssamı” H.Z.Tağıyev adına kombinatın nəzdindəki rəssamlıq kursuna yazdırırlar. Mətanət burada dərslərini yaxşı oxumaqla, marağında olduğu peşənin çətinliklərinə həvəslə qatlanır. 4 il rəssamlığın ən incə sirlərini öyrənərək yaşıdlarından fərqli qabiliyyəti və duyumu sayəsində diqqətçəkən irəliləyişlər əldə edə bilir, kursu fərqlənmə diplomu ilə bitirir.
2010-cu ildə Respublika Milli Tarix muzeyində keçirilən sərgidə 11 yaşlı Mətanət Novruzlunun əl işləri münsiflər heyəti tərəfindən Fəxri fərmana layiq görülür.
Gənc rəssam bu illərdə milli bayramlarda və tarixi günlərdə paytaxtın müxtəlif ünvanlarında keçirilən rəsm sərgilərində fəallıqla iştirak edib. Onun hər il mayın 11-də keçirilən Gül bayramlarında iştirakı respublikanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qiymətləndirilir. Gənc rəssam 2012-ci il mayın 11-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təsviri və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-seminarda iştirakına görə Fəxri fərmanla mükafatlandırılır.
2013-cu ildə ailə
Rusiyanın Krasnodar şəhərinə
köçür. O, burada Memarlıq texnikumuna daxil olur. Bu illəri, Mətanətin özünün etirafına
görə, rəssamlıq
yaradıcılığında dönüş mərhələsi
hesab etmək olar. Dediyinə görə, texnikumda çox ciddi və yüksək səviyyədə rəsm
çəkmək qabiliyyəti
tələb olunurdu:
“Bu tələb məni
ürəkdən sevdiyim
rəssamlıq sənətinə daha möhkəm tellərlə
bağladı. Bakıya qayıtdıqdan
sonra davamlı olaraq rəsm çəkməklə məşğul
oldum. Əsərlərim Yutubda izlənildikcə
qürurlanırdım. Tanımadığım insanlardan gələn
rəylər məni çox sevindirirdi. Bu ovqatla rəssam
Araz Şahvələdovdan
dərs aldım.
Bu istiqamətdə elmi-nəzəri biliyimi artırmaq və sənətin dərinliklərinə
baş vurmaq üçün Xəzər
Universitetinin Dizayner fakültəsinə daxil oldum”.
Mətanət Novruzlu tələbəlik
illərində də
rəsm yaradıcılığı
ilə ciddi məşğul olaraq
internet vasitəsilə dünyanın
bir çox ölkələrində tamaşaçı
rəğbəti qazanır. İnstaqram səhifəsində
xarici ölkələrdən
sifarişlər gəlməyə
başlayır. Bu sıradan o, ilk dəfə
2020-ci ildə Almanyadan
ödənişli portret
sifariş almışdır.
2 Fevral Gənclər Günü münasibətilə keçirilən
rəsm əsərləri
sərgisinin həmmüəlliflərindən
olan 23 yaşlı gənc rəssam bildirdi ki, gələcəkdə
böyük layihələrə
imza atmaq fikrindədir: “Azərbaycanın
bütün bölgələrində,
dünyanın bir çox ölkələrində
mənzillərin divarlarında
rəsmlərimin asılmağı
mənə qürur hissi yaşadır”.
Rəhman SALMANLI
Azərbaycan.- 2022.- 2 fevral.- S.13.