Fransanın media qurumu
ERE TV-nin nümayəndələri
Ağdama səfər
ediblər
Fransanın media qurumu ERE TV-nin nümayəndələri Ağdama
səfər ediblər.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, bu barədə
Azərbaycan Respublikası
Prezidentinin Qarabağ İqtisadi Rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Xüsusi Nümayəndəliyinin rəsmi
tviter səhifəsində
paylaşım edilib. Səfər zamanı
qonaqlara dağıdılmış
abidələr göstərilib
və şəhərin
yenidənqurma planı
haqqında məlumat verilib.
Qeyd edək ki, ERE TV-nin nümayəndələri
ötən gün Füzuliyə səfər
ediblər. Səfər zamanı qonaqlar Füzulinin
dağıdılmış hissələri, eyni
zamanda, işğaldan
azad olunduqdan sonra həyata keçirilən yenidənqurma və
bərpa işləri də tanış olublar.
Azərbaycan.-
2022.- 2 fevral.- S.15.