“Fevral məruzələri
- 2022: Aerokosmik məsələlərin həllində
gənclərin yaradıcı potensialı” VII Beynəlxalq
Konfransı işinə başlayıb
Fevralın 2-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasının (MAA) bazasında Azərbaycan Gəncləri Gününə və Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in orbitə buraxılması tarixinə həsr olunmuş “Fevral məruzələri - 2022: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” VII Beynəlxalq elmi-praktik gənclər konfransı onlayn formatda öz işinə başlayıb.
AZƏRTAC
xəbər verir ki, təşkilatçıları Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları”
QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan
Mühəndislik Akademiyası olan konfransa ABŞ, Rusiya,
Türkiyə, İsrail, Almaniya, Fransa, Niderland, Qazaxıstan və
Azərbaycandan 30-dan çox elm və təhsil müəssisəsini,
o cümlədən 10 universiteti, 8 tədqiqat mərkəzini,
institut, dövlət qurumları və aparıcı
firmaları təmsil edən 230-dan çox
iştirakçı qoşulub.
Konfransı giriş sözü ilə MAA-nın birinci prorektoru professor Ədalət Səmədov açıb. O, MAA-nın rektoru akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.
Qeyd olunub ki, konfransda səkkiz bölmə üzrə aerokosmik sahə, mülki aviasiya, nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə dair 115-ə yaxın məruzə təqdim ediləcək. Maraqlı elmi diskussiyalar və müzakirələrlə yanaşı, AZAL-ın Aviasiya Təhlükəsizliyi Baş İdarəsi ilə birgə “Hava nəqliyyatının təhlükəsizliyi: problemlər və perspektivlər”, İnnovasiya Menecmenti və TRIZ İnstitutu ilə birgə “İnnovasiya menecmenti bu gün” mövzusunda “dəyirmi masa”lar, “Zəngəzur dəhlizinin logistikaya inteqrasiyasında perspektivlər” mövzusunda ustad dərsi, həmçinin “Rossotrudniçestvo” Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə birlikdə Nikolay Yeqoroviç Jukovskinin anadan olmasının 175 illiyinə həsr olunmuş seminar təşkil olunacaq.
Professor Ədalət Səmədov qeyd edib ki, 2021-ci ilin fevral məruzələrindən sonra keçən müddətdə respublikamızın və MAA-nın həyatında çox mühüm və əlamətdar hadisələr baş verib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Qarabağın sürətlə bərpası prosesinə start verilib. Bu işlərin içərisində aviatorlar üçün prioritet və əhəmiyyətli olanlardan biri də hava limanlarının tikintisidir. İlk olaraq Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıldı: 2021-ci il yanvarın 14-də Füzuli Hava Limanının təməli qoyuldu, avqustun 22-də ilk sınaq uçuşu həyata keçirildi, oktyabrın 26-da Azərbaycan və Türkiyənin dövlət başçıları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verdilər.
İkinci hava limanı Zəngilanda tikilir. Hava limanı
bütün növ təyyarələri, o cümlədən
ağır yüklü
təyyarələri qəbul
edə biləcək.
Hava limanının 2022-ci ildə
istifadəyə verilməsi
planlaşdırılır.
Üçüncü hava limanı Laçında tikilir. Bu hava limanının yeri unikaldır. Laçından 30 km, Kəlbəcərdən
60 km, Şuşa şəhərindən
70 km məsafədə yerləşir.
Laçın Beynəlxalq Hava
Limanı da bütün növ təyyarələri qəbul
edə biləcək.
Plenar iclasda çıxış
edənlər - Beynəlxalq
Elmi Şuranın (Fransa) baş elmi katibi fizika-riyaziyyat
elmləri doktoru,
professor Alik İsmayılzadənin
“Siyasətin formalaşdırılması
üçün təbii
təhlükələr və
risklər haqqında
elm”, “Ali İqtisadiyyat Məktəbi”
Milli Tədqiqat Universitetinin Beynəlxalq təhlil və qərar qəbuletmə mərkəzinin rəhbəri
(Rusiya) texnika elmləri doktoru, professor Fuad Ələsgərovun “Pandemiya: virusun yayılmasının modelləşdirilməsi
və iqtisadi itkilər”, Moskva Fizika Texnika İnstitutunun Nəzəri
fizika kafedrasının
müdiri fizika-riyaziyyat
elmləri doktoru,
professor Emil Əhmədovun “Elementar hissəciklər fizikasından kosmologiyaya qədər”, “Azərbaycan
Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin “Aviasiya texnologiyalarında yeni dövr” mövzularında məruzələri
konfrans iştirakçıları
tərəfindən böyük
maraqla dinlənilib.
Azərbaycan.-2022.- 3 fevral.- S.8.