İtaliya
Azərbaycanın əsas ticarət tərəfdaşıdır
İtaliya
Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio
Mattarellaya
Hörmətli
cənab Prezident,
İtaliya
Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən
təbrik edir, ən xoş arzularımı yetirirəm.
Azərbaycan-İtaliya
münasibətlərinin hazırkı səviyyəsi məmnunluq
doğurur. Bu il diplomatik əlaqələrin qurulmasının
30 illiyini qeyd edəcək ölkələrimiz arasında
dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli
əsasda əməkdaşlığımız daim inkişaf
edir.
Azərbaycanın
əsas ticarət tərəfdaşı olan İtaliyanın
şirkətləri ölkəmizin iqtisadi həyatında fəal
iştirak edir, eyni zamanda işğaldan azad olunmuş ərazilərin
bərpası və yenidən qurulması işlərinə
yaxından cəlb olunublar.
İnanıram
ki, Azərbaycan ilə İtaliya arasında
qarşılıqlı etimad və dəstəyə əsaslanan
strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi,
əməkdaşlığımızın bütün sahələrdə
bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər
göstərəcəyik.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
İtaliya xalqının rifahı naminə məsul fəaliyyətinizdə
müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 yanvar
2022-ci il
Azərbaycan.-2022.-
1 fevral.- S.6.