Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Konsul
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994, ¹ 17, maddə 234; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 687; 2004, ¹ 7, maddə 505;
2006, ¹ 3, maddə 223; 2010, ¹ 11, maddə 936; 2013, ¹ 5, maddə
464; 2014, ¹ 11, maddə 1334; 2015, ¹ 10, maddə 1083; 2018, ¹ 6, maddə 1189; 2019, ¹ 3, maddə
386, ¹ 5, maddə 794, ¹ 8, maddə 1360, ¹ 11, maddə 1681) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul
Nizamnaməsi”nin 41-ci maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.
birinci hissədə “Respublikası qanunvericiliyinə əsasən”
sözləri “Respublikasının Ailə Məcəlləsinə
uyğun olaraq” sözləri ilə,
“aktlarını qeydə alır” sözləri
“aktlarının dövlət qeydiyyatını, o cümlədən
doğumun, atalığın müəyyən edilməsinin və
ölümün elektron qaydada dövlət qeydiyyatını
həyata keçirir” sözləri ilə əvəz
edilsin.
2. ikinci hissədə “aktlarının qeydlərində dəyişikliklər, düzəlişlər və əlavələr” sözləri “akt qeydində dəyişikliklər” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2021-ci il
Azərbaycan.-2022.- 1 fevral.- S.8.