“Omikron”
artıq təhlükəli həddə çatır
Dünyanı çənginə alan koronavirus pandemiyasının hələ ki sonuncu ştamı “Omikron” əksər ölkələrdə yoluxma sayında dominantlıq edir. Belə ki, koronavirusun sürətli yoluxuculuğa malik bu ştamı meydana çıxdıqdan sonra dünyada infeksiyaya yoluxanların sayında kəskin artım müşahidə olunmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının yoluxucu xəstəliklər üzrə epidemioloqu və COVID-19 üzrə texniki qrupun rəhbəri Maria Van Kerkhove isə söyləyib ki, “Omikron”un “Delta”dan daha yüngül xəstəliyə səbəb olduğu barədə bəzi məlumatlar olsa da, əslində, belə deyil. Çünki insanlar hələ də “Omikron”a görə xəstəxanaya yerləşdirilirlər.
Artıq bir çox ölkələrdə bu ştamdan ölüm halları da qeydə alınmağa başlanılıb. Bəşəriyyəti təhdid altında saxlayan yeni növ koronavirusdan, o cümlədən onun ən yoluxucu ştamı olan “Omikron”dan qorunmağın yolu isə birmənalı olaraq vaksinasiya ilə mümkündür.
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus da ötən ay Cenevrədə keçirdiyi brifinqdə vurğulayıb ki, dünyada “Omikron” ştamının hazırkı sürətlə yayılması şəraitində koronavirusun yeni variantlarının ortaya çıxmasını ehtimal edir. Buna görə də o, dünya ictimaiyyətini vaksinlərin və infeksiyaya qarşı mübarizənin digər vasitələrinin bərabər paylanmasını təmin etməyə çağırıb: “Əgər dünyada koronavirusa qarşı vaksinlərin paylanmasının hazırkı modeli dəyişdirilməsə, bəşəriyyət peyvənd bərabərsizliyinin ikinci və daha da ağır mərhələsinə qədəm qoya bilər”.
Ölkəmizdə COVID-19-ungenetikvariantlarınınaşkaredilməsiüçünnəzarət gücləndirilib
Azərbaycanda ötən ilin yanvarından başlanılan peyvəndləmə prosesi həm stasionar, həm də səyyar şəkildə davam etdirilir. Həmçinin mütəxəssilər ölkəmizdə yoluxanların sayında “Omikron” ştamının dominantlıq etdiyini nəzərə aldıqda hazırkı dövrdə xüsusilə də “Buster” dozanın sürətlənməsini vacib hesab edirlər.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva məlumat verib ki, “Omikron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiyanın dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Son məlumatlara görə, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının “Omikron” ştamı müəyyən edilib. Bununla əlaqədar olaraq ölkədə koronavirusun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib: “Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır”.
“Omikron” ilə təkraryoluxmariski “Delta” virusu ilə yoluxmadan bir neçə dəfə yüksəkdir
Afaq Əliyeva deyib ki, koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər yaradır. “Omikron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunmuşlar xəstəliyi daha yüngül keçirirlər. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin “Buster” dozası 50 yaşdan yuxarı insanlarda “Omikron” ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda vətəndaşlarda “Omikron”a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omikron” ilə təkrar yoluxma riski “Delta” virusu ilə yoluxmadan bir neçə dəfə çoxdur. A.Əliyeva söyləyib ki, yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici doza ilə peyvəndlənmək vacibdir: “Azərbaycanda yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir və gündəlik hospitalizasiya sayı sabit olaraq qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər”.
Mütəxəssislər həmçinin “Omikron” da daxil olmaqla, koronavirusun bütün mövcud ştamlarına qarşı qorunmaq üçün vaksinasiya ilə yanaşı, sosial məsafəyə, maskalardan istifadəyə və gigiyenik qaydalara riayət etməyi olduqca vacib hesab edirlər.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 1 fevral.- S.9.