Azərbaycan parlamentində Şuşa Bəyannaməsinin təsdiqlənməsi
Qarabağ Zəfərinin nəticəsidir
Bu günlərdə Azərbaycan parlamentində təsdiqlənən Şuşa Bəyannaməsi Qarabağ Zəfərinin məntiqi nəticəsidir. Türkiyə ilə Azərbaycan arasında minilliklərə dayanan tarixi qardaşlıq Şuşa Bəyannaməsi ilə yeni zirvələrə yüksələrək müttəfiqlik səviyyəsinə çatıb.
Bu
fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə
fəaliyyət göstərən Siyasi və Strateji
Araşdırmalar Vəqfinin sədr müavini doktor Sinan
Demirtürk ifadə edib.
Türkiyənin
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasətini heç zaman qəbul
etmədiyini və Qarabağ Zəfərindən sonra Ermənistanla
normallaşmanı ölkəmizin xarici siyasətinə
uyğun həyata keçirdiyini diqqətə
çatdıran alim deyib: “Həm keçmiş Qarabağ məsələsində,
həm Qafqazdakı bütün proseslərdə, həm də
Türkiyə və Azərbaycanın ortaq maraqlarının təmin
edilməsində Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə
malik sənəddir”.
Azərbaycan və Türkiyə parlamentlərinin bu Bəyannaməni təsdiqləməsinin müttəfiqliyimizin dünyaya bəyan edilməsi olacağını vurğulayan doktor Sinan Demirtürk əminliklə bildirib ki, bu sənəd, eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan arasında qarşılıqlı maraq doğuran proseslər çərçivəsində əməkdaşlıq əlaqələrini yeni məcraya yönəldəcək. Qarabağ Zəfəri regionda normal inkişaf tərzini qəbul edən bütün tərəfləri inkişaf və tərəqqi yolunda əməkdaşlığa çağırır.
Azərbaycan.-2022.- 4 fevral.- S.1.