Leyla Abdullayeva: Hər hansı ermənipərəst
siyasətçilərin manipulyasiyaları Türkiyə-Azərbaycan
münasibətlərinə kölgə sala
bilməz
Vurğulamaq istərdik ki, Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur.
Azərbaycan və Türkiyənin möhkəm işbirliyi, dostluğu və qardaşlığı əsasında, iki ölkə liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində reallaşan nəhəng və strateji Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.
TANAP layihəsinin toplam investisiya məbləği
6,3 milyard ABŞ dollarıdır. Layihənin həyata keçirilməsi
zamanı təmin edilən məşğulluq
sayı pik vaxtlarda 15 min nəfərə
çatıb və investisiya məbləğinin
böyük hissəsi
yerli istehsalçılar
hesabına təmin edilib. Nəzərə alınmalıdır ki, TANAP layihəsi vasitəsilə Türkiyə
sənayesinə və
müvafiq sektorlara böyük əlavə dəyər təmin edilib. Xüsusilə vurğulamaq istərdik
ki, bu layihədə
qəbul olunan tariflər bütün beynəlxalq standartlara tam cavab verir. Türkiyə tərəfi, eyni
zamanda, layihədə
BOTAŞ şirkəti vasitəsilə
30 faiz ortaq olduğu üçün
eyni miqdarda tranzit gəlirləri də qazanmaqdadır.
AZƏRTAC
xəbər verir ki, bunu Xarici
İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsinin rəhbəri
Leyla Abdullayeva Türkiyə Böyük
Millət Məclisinin
Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı,
habelə iki ölkənin dövlət
başçısına qarşı
irəli sürdüyü
tamamilə əsassız
ittihamlarla bağlı
KİV-in suallarını cavablandırarkən
bildirib.
L.Abdullayeva deyib: “Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən
təbii qaz idxal etməkdədir. Bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin
edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada
vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə
olduğu və qaz çatışmazlığının
artdığı zamanda
TANAP layihəsinin mövcudluğu,
Türkiyə üçün
həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla
yanaşı, Türkiyənin
enerji təhlükəsizliyinin
davamlılığını təmin edir.
Türkiyənin ən iri müəssisələrindən
olan “Petkim”ə gəldikdə, Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin Türkiyə Respublikasında
olan törəmə şirkəti “SOCAR Türkiyə”
2008-ci ildə 2 milyard
40 milyon ABŞ dolları
investisiya ilə tam açıq və şəffaf tenderin qalibi olub. Növbəti
illərdə “Petkim”ə
qoyulan əlavə investisiyaların ümumi məbləği 1,2 milyard dollara çatıb.
Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin çoxmilyardlıq
investisiyası əsasında
“STAR” Neft emalı zavodunun tikintisi və onun “Petkim”
neft-kimya zavodu ilə inteqrasiyası nəticəsində Türkiyə
Respublikası ərazisində
əlavə 2 milyard
ABŞ dolları dəyərində
məhsulların istehsalına
şərait yaradıb.
Belə ki, Türkiyədə əvvəllər həmin
məhsulların xaricdən
alınmasına 2 milyard
ABŞ dolları xərclənirdi.
Azərbaycan və Türkiyə
Respublikası arasında
olan dostluq və qardaşlıq münasibətləri, ölkə
rəhbərlərinin birgə
səyləri nəticəsində
yaradılan bu imkanlar bu günədək
Azərbaycan tərəfindən
Türkiyə ərazisinə
19 milyard ABŞ dollarından
artıq investisiya qoyulmasına imkan yaradıb.
CHP millət vəkilinin
Azərbaycan və Türkiyə liderlərinin
guya ki, “qarışıq və qaranlıq əlaqələri”
kimi təqdim etdiyi tamamilə əsassız ittihamları
rədd edirik. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev və Türkiyə Respublikası
Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir.
Məhz bu münasibətlər nəticəsində
iki ölkə arasındakı strateji tərəfdaşlıq daha
da möhkəmlənib,
tarixi Şuşa
Bəyannaməsi ilə
müttəfiqlik səviyyəsinə
ucalıb, iki xalq arasındakı qardaşlıq bağları
heç bir zaman olmadığı qədər güclənib.
Əfsuslar olsun ki, bu,
ilk dəfə deyil ki, CHP nümayəndəsi
anti-Azərbaycan mövqeyindən
çıxış edərək,
əsassız iddialarla
aranı qarışdırmağa
çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə
hər hansı ermənipərəst siyasətçilərin
manipulyasiyaları kölgə
sala bilməz.
Azərbaycan tərəfi CHP millət
vəkili tərəfindən irəli sürülən əsassız
ittihamlara görə üzrxahlıq
gözləyir. Əks təqdirdə, biz
məsələnin hüquqi müstəvidə
qaldırılması hüququnu
özümüzdə saxlayırıq”.
Azərbaycan.-2022.- 4 fevral.- S.3.