Ceyhun Bayramov: Azərbaycan ilə Macarıstan
arasında əlaqələr intensiv şəkildə
inkişaf edir
Azərbaycan ilə Macarıstan arasında əlaqələr intensiv şəkildə inkişaf edir.
Macarıstanın
24 şirkətinin nümayəndələrinin bu ölkənin
xarici işlər və ticarət naziri ilə birgə
Bakıya gəlməsini, Qarabağda gedən bərpa və
quruculuq işlərində iştirak etmək niyyətlərini
dost addımı kimi qiymətləndiririk.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı
Peter Siyarto ilə keçirilən görüşdən sonra
təşkil olunan mətbuat konfransında ifadə edib.
Nazir bildirib ki, çoxsaylı beynəlxalq platformalarda ölkələrimiz arasında əlaqələr mövcuddur. Bu görüşü Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri haqqında sənədin davamı kimi qiymətləndirmək olar.
Azərbaycanın enerji sahəsində Avropanın ən etibarlı tərəfdaş olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, digər vacib məqam Macarıstanın Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclaslarında təmsil olunmasıdır. Nazir Macarıstanın bu layihədən bəhrələnəcəyini qeyd edib.
C.Bayramov ölkələrimiz arasında reyslərin bərpa edilməsi və uçuşların sayının artırılması barədə da danışıb.
Nazir ölkələrimiz
arasında indiyədək 46 müqavilənin
imzalandığını, 13 müqavilənin hazırlanma mərhələsində
olduğunu deyib.
Azərbaycan.-2022.- 4 fevral.- S.3.