Göygölün dəyişən təkcə adı deyil

 

 

Rayon üçün il-ildən uğurlu gəlir

 

 

 

Son illər regionlarımızın siması tamamilə dəyişmişdir. Kənd yolları yenidən qurulmuş, yaşayış məntəqələri qazlaşdırılmış, su təminatı yaxşılaşmış, rabitə infrastrukturu müasir tələblərə cavab verəcək səviyyədə yenilənmişdir. Ən əsası, bölgələrdə qeyri-neft sektorunun inkişafı sahəsində  yeni yerləri açılmışdır.

 

Belə rayonlardan biri Göygöldür. Son illər rayonda qazanılan uğurlara nəzər salanda görmək olur ki, göygöllülər daha böyük hədəflər uğrunda çalışırlar. Keçən ilin göstəriciləri bunu sübut edir.

 

Öncə onu qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci il ərzində adamlarına 40 layihə üzrə 3 milyon manatdan çox güzəştli kredit verilmişdir. Keçən il arıçılıqla məşğul olan 431 təsərrüfat sahibinə 8626 arı pətəyinə görə 86,2 min manat subsidiya verilməsi üçün məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmişdir.

 

İstehsala gəldikdə, ötən il rayon üzrə 22117,2 ton taxıl, 206,4 ton dən üçün qarğıdalı, 468,2 ton dən üçün günəbaxan,  4521 ton kartof, 5587 ton tərəvəz, 2948 ton meyvə giləmeyvə, 4200,6 ton üzüm  yığılmışdır ki, bunlar da əvvəlki illə müqayisədə xeyli çoxdur.

 

Rayonda heyvandarlıq məhsulları istehsalı da nəzərəçarpacaq dərəcədə artmışdır. İl ərzində rayonda 3297,7 ton ət, 24173,7 ton süd, 197,5 ton yun, 10,4 milyon ədəd yumurta istehsal olunmuşdur. Hazırda rayonda 18,8 min baş qaramal 123,1 min baş davar saxlanılır.

 

Heyvandarlıqda qabaqcıl texnologiyaların tətbiqi heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli görülmüşdür. Belə ki, il ərzində 1138 baş qaramalda süni mayalanma aparılmış onlardan 563 baş bala alınmışdır. Alınmış hər balaya görə dövlət tərəfindən heyvan sahiblərinə subsidiya ödənilmişdir. Cari ilin məhsulu üçün rayonda zəmin yaradılır. Belə ki, indiyəcən 7540 hektarda şum aparılmışdır ki, bunun da 7070 hektarında səpin aparılmışdır. Səpin aparılan sahələrin 4474 hektarı buğda, 2546 hektarı arpa, 50,0 hektarı xəsildir.

 

Rayonda investisiya qoyuluşu əvvəlki illərə nisbətən xeyli artmışdır. Hazırda bu hesabaXanne” MMC tərəfindən Əlcək-toxuculuq istehsalı müəssisəsinin tikintisi aparılır. Bundan başqa, sahibkar Şəmil Cahangirovun sərmayəsi ilə kənd təsərrüfatı məhsullarının yığılması, tədarükü, çeşidlənməsi, qurudulması qablaşdırılması müəssisəsində, eləcə anbar kompleksinin tikintisində son tamamlama işləri görülür.

 

Keçən il rayon ərazisində yeni istixanalar da yaradılmışdır. Belə ki, əhalinin il boyu təzə tərəvəz məhsulları ilə təmin edilməsi ixrac üçün Quşqara kəndi ərazisində Famil Nəsibov tərəfindən 2 hektar ərazidə müasir tələblərə cavab verən istixana istifadəyə verilmişdir.

 

Rayonda gəlirli sahə olan arıçılığın inkişafı diqqət mərkəzindədir. Təkcə 2021-ci ildə 431 arıçıya saxladıqları 8626 arı ailəsinə görə 86260 manat subsidiya ödənilmişdir.

 

Tarixən üzümçülük rayonlarından olan Göygöl rayonunda bu sahənin  dirçəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Hazırda rayonda kiçik üzümçülük təsərrüfatları yaradılır. Onların hər birinin sahəsi təxminən 3 hektar olacaq.

 

Son bir neçə ildə aparılan abadlıq və yenidənqurma işləri nəticəsində Göygöl rayonunun siması başdan-başa dəyişmişdir. Rayonda abadlıq və quruculuq işləri keçən ildavam etdirilmişdir. İl ərzində Göygöl şəhərinin əksər küçələrinə asfalt döşənmiş, Gəncə-Üçtəpə-Firuzabad avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır.

 

Mollacəlilli kəndində isə əhalinin telefoninternet xidmətlərinə olan tələbatlarını ödəmək üçün 168 nömrəlik telefon stansiyası, həmçinin 448 nömrəlik elektron ATS quraşdırılmış, 270 nəfərə telefon xətti çəkilmişdir. Söz düşmüşkən qeyd edək ki, rayon ərazisində telefona və internetə ehtiyacı olan abunəçilərin tələbatını ödəmək üçün 792 portluq yeni internet avadanlıqları alınaraq quraşdırılmışdır. Çaykənd kəndində tutumu 316, Hacıməlik qəsəbəsində 396, Mollacəlilli kəndində 220, Yeni Qızılca kəndində 352, Qırıqlı kəndində 624, Pənahlılar kəndində 116, Yeni Zod kəndində 300 nömrəlik elektron ATS-lər istifadəyə verilmişdir.

 

Kəndlərdə su problemi həll olunur. Belə ki, 2021-ci il  ərzində Balçılı, Quşqara Nadil kəndlərində subartezian quyularının qazılmasına başlanılmışdır.

 

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 4 fevral.- S.5.