“3D mobil xəritə”
sistemi Azərbaycanın kommunal
strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edilir
“3D mobil xəritə” “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı həllər” konsepsiyasının baza elementlərindən biri hesab olunur.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, “3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Növbəti mərhələ üçün “Azərişıq” ASC üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala, Balakən və s.) 2800 kilometrlik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.
“3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilişlər xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır.
“3D
mobil xəritə” sisteminin tətbiqi infrastrukturun yüksək
dəqiqliklə qiymətləndirilməsinə və gələcək
layihələrin məsafədən
planlaşdırılmasına imkan verdiyindən, habelə
yalnız bir prosedur nəticəsində şəbəkəyə
qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi
“Azərişıq” ASC tərəfindən irəliyə
atılmış növbəti uğurlu bir addımdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
qarşıya məqsəd kimi qoyduğu “Ağıllı
şəhər” və “Ağıllı kənd”
konsepsiyalarına uyğun olaraq, Azərbaycanın bütün
regionlarında, o cümlədən işğaldan azad
edilmiş ərazilərində “Azərişıq” ASC tərəfindən
bu texnologiyaların tətbiqi nəzərdə tutulur.
“3D
mobil xəritə” sistemi Azərbaycanın kommunal
strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də
tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə
olunmuş məlumatlarının gələcəkdə digər
kommunal qurumlar üçün də istifadəsi əlverişli
olacaqdır.
Azərbaycan.-2022.- 4 fevral.- S.7.