Prezident ciddi mesaj verdi: “Dördüncü Sənaye İnqilabı artıq reallıqdır, ona uyğunlaşmasaq, geridə qala bilərik”

 

 

Bu gün dünya Dördüncü Sənaye İnqilabına qədəm qoyub. Yəni ölkələr ən son texnologiyaların imkanlarından yararlanmaqla müasir inkişaf mərhələsinə keçir.

 

Əgər Birinci Sənaye İnqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, İkinci Sənaye İnqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmənin yüksəlişi oldusa, Üçüncü Sənaye İnqilabı istehsalın avtomatlaşdırılması üçün elektronikadan, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni şərtləndirdi.

 

Dünya iqtisadiyyatının yeni texnologiyalar əsasında sürətli inkişafı isə Dördüncü Sənaye İnqilabının yaranması zərurətini ortaya çıxardı. Bu isə rəqəmsallaşmanı, texnologiyaların birləşməsini və fiziki, bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir.

 

 

 

Yeni dövrün reallıqları, Davos Forumunun Azərbaycana güvəni

 

 

 

 Dürdüncü Sənaye İnqilabı müasir dövrün ən aktual mövzularından biridir. Bu, əslində innovasiya, süni intellektrobotlar dövrü deməkdir. Bu gün dünya ölkələri bu istiqamətdə ciddi işlər aparırlar. Söz yox ki, qüdrətli Azərbaycan da artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayır və yeni texnologiyalara, metodlara, innovasiyalara maraq göstərir.

 

Xatırladaq ki, 2019-cu ildə Dünya İqtisadi Forumu məhz Dürdüncü Sənaye İnqilabının inkişafı baxımından əməkdaşlıq üçün Cənubi Qafqazda yalnız Azərbaycanı seçmişdi. Bu, ölkəmiz adına qürurverici hadisə idi. Həmin il yanvarın 21-də Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, ölkəmizdə tətbiq etmək və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün mühüm sənəd imzalandı.

 

Bir ildən sonra 2020-ci ildə tərəflər arasında niyyət protokolu imzalandı və sənədin əhəmiyyəti qeyd edildi. Sənədə əsasən, forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.

 

Prezident İlham Əliyev bunu əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandıraraq dedi ki, Azərbaycanın Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasında olması fəxredici hadisədir: “Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”.

 

Davos Forumunun Prezidenti Borge Brende isə öz növbəsində vurğuladı ki, cənab İlham Əliyev qarşıya hədəf qoyanda onu mütləq həyata keçirirbu səbəbdən də  diplomat düşünür ki, Azərbaycan Dördüncü Sənaye İnqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.

 

Fevralın 2-də Gənclər Gününün 25 illiyinə  həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev məsələyə ətraflı toxunaraq bəyan etdi ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və Azərbaycan hökuməti də geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarını atır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan yeni çağırışlara, dünyada gedən bütün müsbət meyillərə açıq olmalı, texnologiyaları ölkəmizə gətirməli, bütün sahələrdə ən müasir metodları, üsulları tətbiq etməliyik. Çünki müasirləşmə bu deməkdir:Biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni biz buna çalışırıq, siyasətimiz budur”.

 

Qeyd edək ki, 2021-ci ilin iyun ayının 1-də Prezidentin fərmanına əsasən, ölkəmizdə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində olan yeni  mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına reallaşdırılır.

 

 

 

Daim inkişafda olmalı, yeniliklərə uyğunlaşmalı

 

 

 

Prezident gənclərlə söhbətində vurğuladı ki, Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması bizə, eyni zamanda geniş bir informasiya məkanına çıxış əldə etmək üçün kömək göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir.

 

Mövcud reallıqlardan söz açan İlham Əliyev onu da qeyd etdi ki, müasir dövrdə yeni texnalogiyaların inkişafı nəticəsində ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni bu peşələrə ehtiyac qalmayacaq. Ancaq Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Avropa məkanında ölkələrdə ya əhali sabitdir, ya da ki, azalır, ölkəmizdə isə artır. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyonadək artıb. Bütün bunlar isə əlbəttə ki, yeni yerlərinin açılmasını vacib edir:

 

Amma biz görürük ki, Dördüncü Sənaye İnqilabı yerlərinin ləğvinə gətirəcəksə - bu, artıq danılmaz faktdır - ona görə Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Hazır olmasaq, o işlər itiriləcək, işsizlərin sayı artacaq, biz yeni işlərə hazır olmayacağıq. Bu, təkcə işsizliyin normal səviyyədə saxlanması deyil, bu, inkişaf deməkdir. Bu inkişafdan geri qalsaq, onda bizim aqibətimiz nə olacaq? Biz, əlbəttə, o ölkə deyilik ki, özümüz hansısa texnoloji yeniliklər icad edək. Halbuki, o da mümkündüro da var. İstedadlı azərbaycanlı gənclər indi startapları böyük firmalara satırlar, Amerikada, Avropada bizneslərini qurublar. Yəni intellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır”.

 

Prezident vurğuladı ki, ən müasir texnologiyalar ölkəyə gətirilməli və bununla da inkişaf təmin edilməlidir. Yəni Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq: “Biz bunu özümüzə rəva görə bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır. Ona görə burada, yenə də deyirəm, dövlət qurumları tərəfindən çox ciddi aparılmalıdır. İlk növbədə, Təhsil Nazirliyi, nazir buradadır, onlar bunun üzərində işləyirlər. İqtisadiyyat Nazirliyi, çünki İqtisadiyyat Nazirliyinin əlində olan alətlərlə biz müxtəlif sahələri inkişaf etdirə bilərik, stimullaşdıra bilərik. Bu, elə bir genişmiqyaslı işdir ki, hökumət bütövlükdə, bütün hökumət üzvləri burada fəal olmalıdırlar ki, biz geridə qalmayaq”.

 

      

 

Həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək

 

 

 

Rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, Dördüncü Sənaye İnqilabı dövründə geri qalmamağın yollarından biri bütün sahələrdə innovasiyaların tətbiqi və ölkədə innovasiya sisteminin inkişaf etdirilməsidir.

 

Süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, “3D Printing”, dronlardan istifadə, bərpa olunan enerjidən istifadənin artması, elektrikli maşınların çoxalması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi və s. göstəricilərlə Dördüncü Sənaye İnqilabının başladığını deyə bilərik. Bütün sadalanansadalanmayan problemlərə rəğmən, bu inqilabın həyatımızı kəskin şəkildə dəyişməsi faktı danılmazdır. Əsas məsələ, bu dəyişikliyin necə idarə olunmasıdır.

 

Dünya İqtisadi Formunun  4 il öncə hazırladığı “Qlobal Rəqabətlilik Hesabatı-2018”-də  Dördüncü Sənaye İnqilabı əsas götürülərək yeni formatda rəqabətlilik indeksi tətbiq edilmişdi. Hesabatda bildirilmişdi ki, yeni dövrün mürəkkəbliyi, əhatə dairəsi və miqyası o qədər geniş olacaq ki, bəşəriyyətin yaşayış şəraiti, həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək. Bəzi alimlər hətta bu inqilabın bəşər və insan sözünün tərifini dəyişəcəyini iddia edirlər.

 

Mütəxəssislər deyirlər ki, Dördüncü Sənaye İnqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. İlk dəfə bu termin 2011-ci ildə səslənib. Almaniya hökuməti Dördüncü Sənaye İnqlabını ölkənin “Yüksək Texnologiya Strategiyası 2020”nin ayrılmaz tərkib hissəsi adlandırıb. Sonradan yaradılan işçi qrupu bununla bağlı öz baxış nöqtəsini təyin edibDördüncü Sənaye İnqilabını istehsalın təkcə ayrı-ayrı mərhələlərinə cavabdeh olan deyil, bütünlükdə onu müstəqil şəkildə optimallaşdıran və nəzarətdə saxlayan kiberfiziki sistemlərin sənaye istehsalı və tətbiqi kimi qiymətləndirib.

 

Ona görə də alimlər hesab edirlər ki, Dördüncü Sənaye İnqilabı inkişafda yeni üfüqlər açmaqla yanaşı, heç şübhəsiz insanlar üçün də yeniliklər və bir sıra gözlənilməzliklər gətirəcək.                         

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 5 fevral.- S.1;6.