Energetika
naziri və Avropa İttifaqı Komissiyasının enerji məsələləri
üzrə komissarının birgə bəyanatı
Azərbaycan
Respublikasının energetika naziri Pərviz Şahbazov və
Avropa İttifaqı Komissiyasının enerji məsələləri
üzrə komissarı Kadri Simsonun mətbuat üçün
birgə bəyanatı olub.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 2022-ci il fevralın 4-də Bakı şəhərində baş tutan səkkizinci iclasında uzunmüddətli enerji təhlükəsizliyi, təchizatın təhlükəsizliyi və yaşıl enerjiyə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib;
Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı
ilk istismar ilinin uğurlu nəticəsini,
həmçinin onun Azərbaycan Respublikasından
Gürcüstan, Türkiyə
və Avropa bazarlarına etibarlı, rəqabətliliyi və sərfəli enerji təchizatının təmin
edilməsinə töhfəsini
yüksək qiymətləndiririk.
Altı ölkəni əhatə edən bu ötürmə sistemi enerji təchizatı və mənbələrin şaxələndirilməsinə,
o cümlədən bundan
əvvəl təbii qaza çıxışı
olmayan regionlara töhfə verir, həmin regionlarda kömürün istismardan
çıxarılması prosesini
sürətləndirir;
Azərbaycan Respublikasının hökuməti
Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji
rol oynamaq, eləcə də Avropaya təhlükəsiz,
sabit və sərfəli enerji təchizatını həyata
keçirmək səylərini
davam etdirir. Son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artması
təchizatın şaxələndirilməsinin
zəruriliyini bir daha vurğuladı.
Biz Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi
Balkan dövlətləri istiqamətində
genişləndirilməsi imkanlarının
öyrənilməsində bütün maraqlı tərəflərin səylərini
yüksək qiymətləndiririk. Növbəti
addım olaraq Cənub Qaz Dəhlizinin gələcəkdə
genişləndirilməsi imkanlarının
reallaşdırılması zamanı yarana biləcək bütün
kommersiya, ekoloji, texniki, normativ və iqlimlə bağlı məsələləri
qiymətləndirmək vacibdir;
Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları
bir sıra iqlim və dayanıqlı
inkişaf təşəbbüslərinə,
o cümlədən “Metan
Rəhbər Prinsipləri”
təşəbbüsünə imza atıblar. Cənub Qaz
Dəhlizinin sonrakı
istismarı tədricən
müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və
sənayenin dayanıqlı
inkişaf sahəsindəki
ən yaxşı təcrübələrinin tətbiqinə
əsaslanacaq”.
Azərbaycan.-2022.- 5 fevral.- S.5.