İlham
Əliyev Rəcəb Tayyib Ərdoğanla telefonla
danışıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğana zəng edib.
Dövlətimizin
başçısı koronavirus xəstəliyinə
yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğana və həyat yoldaşı Əminə
xanıma öz adından və Mehriban xanımın
adından cansağlığı arzulayıb və şəfa
diləklərini yetirib.
Türkiyə
Prezidenti göstərilən diqqətə görə dövlətimizin
başçısına və Mehriban xanıma öz
adından və Əminə xanımın adından təşəkkürünü
bildirib.
Telefon
söhbəti zamanı Azərbaycan-Türkiyə
qardaşlığının və dostluğunun müxtəlif
aspektlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 6 fevral.- S.1.