Cənub Qaz
Dəhlizi layihəsi bütün Avropa İttifaqı ölkələri üçün əhəmiyyətlidir
Azərbaycan ilə Bolqarıstan arasında hər zaman yaxşı münasibətlər olub. İnanıram ki, bu münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək.
AZƏRTAC
xəbər verir ki, bu barədə Bolqarıstanın
energetika naziri Aleksandr Nikolov jurnalistlərə
açıqlamasında deyib.
O
bildirib ki, ölkələrimiz arasında tranzit sahəsində
bir sıra məsələlər müzakirə
olunmalıdır.
“Bakıda Prezident İlham Əliyevin də iştirakı ilə keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və bu tədbirə bizi dəvət edən energetika naziri Pərviz Şahbazova minnətdarıq. Energetika naziri ilə görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi apardıq. Bütün görüşlər məhsuldar keçdi və biz nazirlə gələcəkdə görəcəyimiz işləri müzakirə etdik. Həmçinin görüş zamanı mən “yaşıl enerji”yə keçid və bərpa olunan enerji sahəsi ilə bağlı mümkün layihələrin Bolqarıstan dövləti tərəfindən nəzərdən keçiriləcəyini bildirdim”, - deyə Aleksandr Nikolov vurğulayıb.
A.Nikolov qeyd edib ki, hazırda Cənub Qaz Dəhlizi daha da genişlənir: “Biz Avropa dövlətlərindən olan tərəfdaşlarımızla birgə inanırıq ki, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması məsələlərində Cənub Qaz Dəhlizi layihəsi təkcə cənub-şərqi Avropa regionu üçün deyil, həmçinin bütün Avropa İttifaqı ölkələri üçün çox əhəmiyyətlidir. Bundan əlavə Bolqarıstan və Serbiya arasında interkonnektorun tikintisi layihəsi ilə bağlı yeni imkanlar axtarışındayıq”.
Azərbaycanın Avropa
İttifaqı (Aİ) səviyyəsindəki bu
əməkdaşlığının getdikcə daha da inkişaf
edəcəyini deyən bolqarıstanlı nazir
diqqətə çatdırıb ki, Aİ-nin Qonşuluq və
Genişlənmə üzrə Komissarı Oliverin
və Aİ-nin energetika
məsələləri üzrə komissarı xanım Kadri Simsonun Bakıda
keçirilən bu mötəbər tədbirdə
iştirakı da bunu bir daha sübut
edir.
Azərbaycan.-2022.- 6 fevral.- S.3.