Yol çəkmək işin yarısıdır

 

 

Qalan yarısı onu qoruyub saxlamaqdır

 

 

 

Müstəqilliyimizin ilk illərindəki yollarımızın vəziyyətini yəqin ki, çoxları unutmayıb. Elə sovetlər zamanında da yol problemimiz var idi. Neft diyarı olmasına baxmayaraq, Azərbaycanda yolların abadlığından danışmağa dəyməzdi.

SSRİ dağıldıqdan sonra isə baxımsızlıq ucbatından yollar daha da bərbad hala düşdü. Bütün istiqamətlərə - cənuba, qərbə, şimala dedən yollara çıxılası deyildi. Sərhədlər açıldığı üçün xarici ölkələrə, o cümlədən qonşu İrana, Türkiyəyə gedib-gələnlər oralardakı yolların bizimkindən qat-qat yaxşı olduğunu deyirdilər. Həqiqətdə də belə idi. Lakin abad yol iqtisadi imkandan asılıdır. Bu imkanı isə “Əsrin müqaviləsi”ndən gələn dividendlər verdi. Həmin dividendlər hesabına, ilk növbədə, həlli vacib məsələlər önə çəkildi ki, onlardan biri də regionların sosial-iqtisadi inkişafı idi. Bir-birinin ardınca regional inkişaf proqramları qəbul edildi. Proqramlarda yol infrastrukturunun yenidən qurulması da öz əksini tapdı. 2006-cı ildən başlayaraq Lerik, Yardımlı, eləcə də Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul və digər rayonların yol infrasrukturu yenilənməyə başladı. Müasir yollar  insanlara rahatlıq, ölkəmizin nəqliyyat sektoruna üstünlük gətirdi, Azərbaycan regionun avtomobil nəqliyyat qovşağına çevrildi.

Bir neçə il bundan öncə istifadəyə verilən Ələt-Astara magistral şose yolu dünya standartları səviyyəsində qurulmuşdur. Dördzolaqlı yol boyunca çaylar üzərində tikilən möhtəşəm körpülərin özü tikinti-memarlıq əsəridir. Yol boyunca salınan keçidlər, suötürücüləri, habelə hər iki tərəfdən çəkilən dəmir tor çəpərlər, xəbərdarlıq nişanları hərəkətin sürətini və təhlükəsizliyini təmin edir. Sürət bəzi ərazilər istisna olmaqla saatda 110 kilometrdir. Yol-boyu yaradılan istirahət yerləri, yanacaqdoldurmatibb məntəqələri, kaferestoranlar beynəlxalq tələblərə cavab verir. İndi bu yollarla cənub bölgəsinə və geriyə əvvəlkindən 2-3 saat tez çatmaq olur.

Bu günlər isə İran İslam Respublikası ilə Azərbaycan sərhədindəki Astara çayı üzərində tikiləcək körpünün təməli qoyulmuşdur. Və bununla da qonşu ölkə ilə gediş-gəliş, ticari-iqtisadi əlaqələr daha da asanlaşacaq. Asanlaşan həm də rayonlararası, kəndlərarası və kəndarası yollarla gediş-gəlişdir. İndi ölkədə çox az yaşayış məntəqəsi tapılar ki, yolları yenidən qurulmasın və ya təzədən çəkilməsin. Biz hələ işğaldan azad edilmiş ərazilərdə çəkilən yolları demirik. Qarabağ və Şərqi Zəngəzurda yolçəkənlərimiz əsl möcüzə göstərirlər. Qısa vaxtda onların çətin relyefdə çəkdikləri yolların, tunellərin öhdəsindən heç “mənəm-mənəm” deyən ölkələr gələ bilməz.

Amma yolların çəkilişi işin yarısıdır. Qalan yarısı onların qorunmasıdır. Bu sahədə də işlər, demək olar ki, günün tələbləri səviyyəsində qurulmuşdur. Yol işçiləri yolun hər kilometrinə ciddi nəzarət edir, yaranmış hər hansı nasazlığı qısa müddət ərzində aradan qaldırırlar.

Qışın bu vaxtında onların işi daha çoxdaha məsuliyyətlidir. Onlar qarlı-şaxtalı havalarda da yolları nəzarətsiz qoymurlar. Lazım gələndə yollara qumduz səpir, asfaltı qarbuzdan təmizləyirlər. Çalışırlar ki, heç bir qəza hadisəsi baş verməsin, insanlar, daşınan yüklər mənzil başına vaxtında və sağ-salamat gedib-çatsın.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Salyandakı “44 nömrəli Yol İstismarı MMC”-nin kollektivi də qış mövsümündə belə bir məsuliyyətlə çalışır. İdarə respublika və beynəlxalq əhəmiyyətli yolun rayonun Kürsəngi kəndindən Şorsulu yaşayış məntəqəsinədək olan 85 kilometrlik hissəsinə xidmət göstərir. Burada qış dövrü üçün kifayət qədər duzqum ehtiyatı tədarük olunmuşdur. Yanvar ayının üçüncü ongünlüyündə rayona yağan qar zamanı MMC-nin işçiləri gecəli-gündüzlü üstündə olmuş, texnikalar vasitəsilə yolları təmizləmiş, körpülərə və başqa ərazilərə duzqum səpmişlər. İdarənin baş mühəndisi Azad Salahov deyir ki, sentyabr ayında artıq qışa hazır idik: “Lazımi qədər duzqum tədarük etmişdik. 2 qreyder, 6 yükünüboşaldan maşın, yükləyici texnikalar da start xəttində idi. Bazar günüdaxil olmaqla hər gün üçün növbəlilik cədvəli tərtib etmişik. Çalışırıq ki, yollarımızda heç bir fövqəl  hadisə baş verməsin”.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2022.- 6 fevral.- S.5.