Milli Qəhrəmana
həsr edilən filmin təqdimatı olub
Tovuzda “Nizami” adına
Mədəniyyət evində
Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı filmin təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində idarə,
müəssisə, təşkilat
rəhbərləri, şəhid
ailələri, gənclər, eləcə
də ictimaiyyət nümayəndələri iştirak
etmişlər.
Filmin nümayişindən sonra
rejissor Kəmalə Musazadə çıxış
edərək Mədəniyyət
Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının “Azərbaycanın
Milli qəhrəmanları”
silsiləsi çərçivəsində
100-dən çox filmin
çəkildiyini diqqətə
çatdırmışdır. Kəmalə
Musazadə onu da vurğulamışdır
ki, o, bu filmdə qəhrəmanın
həyatını, keçdiyi
şərəfli döyüş
yolunu, Vətənə
olan bağlılığını,
yurd, el-oba sevdalı olduğunu çatdırmağa çalışıb.
Filmin 44 günlük Vətən müharibəsi
ərəfəsində çəkildiyini
bildirən müəllif
əldə etdiyimiz şanlı Zəfərin
həmin filmdə yer aldığını demiş, Milli Qəhrəmanın ailə
üzvlərinin, yaxınlarının,
doğmalarının, döyüş
və sinif yoldaşlarının, müəllimlərinin
Rafiq Alıcanov haqqında söylədikləri
ürək sözlərinin,
dəyərli fikirlərinin də filmdə yer aldığını diqqətə
çatdırmışdır.
Çıxış edənlər qeyd etmişlər ki, vətənpərvərlik
mövzusunda filmlərin
ərsəyə gəlməsində,
xüsusilə də Milli qəhrəmanlarımızın,
şəhidlərimizin gələcək
nəsillərə tanıdılmasında
bu cür filmlərin böyük rolu və əhəmiyyəti
var. Tədbirdə Milli
Qəhrəman Rafiq Alıcanovun döyüş
yoldaşları da öz ürək sözlərini söyləmişlər.
Onlar Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
altında şanlı
ordumuzun 44 günlük
Vətən müharibəsində
qazandığı tarixi
qələbədən və
bu qələbəni bizlərə bəxş edən şəhidlərimizdən
söz açmışlar.
Sabir ƏLİYEV,
Azərbaycan.-2022.- 6 fevral.- S.5.