Bakının “Qış parkı”

 

 

Bir vaxtlar istirahət və əyləncə yeri olan Bakı bağları bu gün pandemiyaya görə insanların gur coşqusu ilə isinmir

 

 

Bakını heç də əbəs yerə parklar şəhəri adlandırmayıblar. Paytaxtın müxtəlif yerlərində gözəllikləri və özəllikləri ilə gözoxşayan bu parkların (Dağüstü park, Filarmoniya bağı (Qubernator bağı), Fəvvarələr meydanı, Dədə Qorqud parkı, Heydər Əliyev Muzey-park kompleksi, Axundov bağı, Xaqani bağı (uzun illər Molokan bağı adlanıb), Səməd Vurğun bağı, Zorge adına park, Dənizkənarı Milli Park, Zabitlər parkı, Sahil parkı...) hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksionuşaq meydançaları var.

İlk parkın yaşı da az  deyil: XIX əsrin 30-cu illərinin ortalarında salınıb. “Qubernatoradlanan həmin bağ açılandan şəhərdə hər il onlarca yeni parkbağça istifadəyə verilib. Bu məkanlar istirahət etmək, uşaqları gəzdirmək, dostlarla ünsiyyətdə olmaq, ya da, sadəcə, tənhalığa qapılmaq üçün əvəzedilməz məkanlardır.

Belə parklardan birison illər salınan və daha çox diqqətçəkən “Qış parkı”dır. Hamımızın “Qış parkı” kimi tanıdığımız bu kompleks paytaxtın simasının daha da yenilənməsi, şəhər sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

FüzuliMirzağa Əliyev küçələri arasında inşa edilən, 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil dayanacağı, yerüstü park, bağ, fəvvarələr kompleksi 2013-cü il may ayının 10-da istifadəyə verilib.

Öz gözəlliyi ilə sakinləri heyran edən istirahət guşəsi  şəhərdə ən böyük parkdır: ümumi ərazisi 7 hektar, uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Park Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir. Burada 7 yeraltı keçid inşa olunub ki, orada da 24 eskalator quraşdırılıb. Hər keçiddə fiziki əngəli olan insanların rahat hərəkət etmələri üçün xüsusi qurğular qoyulub. Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift və 32 keçid var. Parka daxil olarkən ən müasir tələblərə cavab verən fəvvarə kompleksi diqqəti cəlb edir. Parkın girişində və çıxışında quraşdırılan fəvvarələrin ətrafına sakinlər üçün xüsusi oturacaqlar qoyulub. Ətrafı yaşıllıqlarla örtülən istirahət guşəsində müxtəlif güllər və palma ağacları əkilib. Belə ki, bura 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu və növbənöv güllərlə əhatələnib. Güllərin hər birinin üzərində onun haqqında məlumat verən xüsusi “məlumat lövhələri” qoyulub.

Oturacaqların ətrafındakı güllər diqqəti cəlb edir. Parkın ərazisində qeyri-adi dizaynla bəzədilmiş üç kafe də sakinlərin istifadəsindədir, baxmayaraq ki, bu günlər “qonaq-qaralı” deyil. Kafelər qeyri-adi dizaynları ilə də fərqlənir. Parkı maraqla gəzən şəhər sakinləri burada şəkil çəkdirməyə daha çox üstünlük verirlər. Asudə vaxtın səmərəli keçirilməsi üçün parkın əvəzi olmasa da, koronavirus pandemiyası bu cənnət-məkanı insan coşqusundan uzaq salıb.

“Qış parkı” ilə bağlı diqqətçəkən daha bir təəssüfləndirici məqam da odur ki, bu istirahət mərkəzinin onlayn təqdimatı üçün yaradılan resursları yenilənmir. Yəni 2013-cü ilin may ayında istifadəyə verildikdən təxminən iki ay sonra “Qış parkı”nın “Feysbukda rəsmi səhifəsi yaradılsa da, bununla sanki işlər sona çatıb. Bu səhifədə parkla bağlı ilk iki paylaşım 3 avqust 2013-cü il tarixində olub. Üçüncü paylaşım 11 may 2017-ci ilə, növbəti 4-cü isə 5, 6, 7 və 10 dekabr 2020-ci il tarixlərə təsadüf edir, vəssalam.

 

Bir vaxtlar insanların istirahət üçün daha çox üstünlük verdiyi bu parka da pandemiya səbəbindən gələnlərin sayı azalıb. Bununla belə, parkda arabir iri addımlarla gəzişən yaşlılara, qocalara, bir tərəfdə “yarışan” ağsaqqallara da rast gəlmək olur. Onlar da ya domino, ya da nərdtaxta oynamaqla günlərini keçirirlər.

Belələrindən biriömrünün ixtiyar çağlarında Şuşası işğaldan azad edilən Qədir Qayıbovdur. 2020-ci ilin 8 noyabr tarixindən özünü dünyanın ən xoşbəxti hesab edən Qədir kişi ömrünün 90-cı ilində olsa da, özünü hamıdan sağlam hesab edir. Dominoda onuudan olmayıb”, - deyir və pandemiyanı lənətləyir ki, belə gözəl istirahət məkanları qışın şaxtasından daha çox insan nəfəsinə həsrət qalmasından “donub”.

Bir sözlə, yolu buradan düşənlər  deyirlər ki, “Qış parkı” fəsillərin hamısında gözəldir. Pandemiya dövründə insanların yolu buradan düşmədiyi üçün yaranan səssizlik şübhəsiz ki, ötəridir. Tezliklə bu istirahət məkanı yenə əvvəlki növrağına qovuşacaq...

 

 

M.NƏRİMANOĞLU,

Azərbaycan.-2022.- 6 fevral.- S.6.