Yaşlıların evi

 

 

Qocalar evi hazırda ahıl insanların qayğı mərkəzi kimi fəaliyyət göstərən və onları bir çox məişət öhdəliyindən xilas edən məkandır. Belə evlərin mövcudluğu çox uzaq tarixə getmir.

XVII əsrə qədər hər bir ailə öz yaşlı üzvünə xüsusi diqqətlə qulluq edirdi. Fəqət uzunömürlülük, xəstəliklərin kəskinləşərək artması, ailə üzvlərinin sayının azalması vəziyyəti bir qədər mürəkkəbləşdirdi. Bununla da yaşlılar baxımsız qaldıqları üçünYoxsul evlər” adlandırılan məkanlara üz tutmağa başladılar.

Elə həmin dövrdə ilkYoxsul evlər” İngiltərədə yaradılmışdı. Bələdiyyələr xərcləri qarşıladıqları üçün bura müxtəlif kateqoriyadan insanlar, kimsəsizlər, qocalar, ruhi xəstələr yerləşdirilirdi. Lakin şərtlər nisbətən fərqli idi. Əmək qabiliyyəti olanları işləməyə sövq edirdilər, əks təqdirdə onlar həbs olunacaqları ilə hədələnirdi. “Yoxsul evlər” şəraitin olduqca pis olmasına və toplum tərəfindən davamlı tənqid edilməsinə baxmayaraq, XX əsrin əvvəllərinə qədər mövcud olub.

Britaniyadan sonra belə məkanlar Amerikada yaradılıb. AmerikadaYoxsul evlər”in yaradılması ideyası ingilis mühacirləri tərəfindən irəli sürülüb. İlk dəfə qocalar üçün xüsusi məkan XIX əsrdə ABŞ-da yaradılıb. Xüsusilə kilsə nümayəndələri bir vaxtlar hörmətlə yaşayan insanların ən nifrət ediləcək cəmiyyətdə dünyadan köçmələrinə razı ola bilmədikləri üçün belə bir addımı atmışdılar. Buradakı ehtiyaclar dövlət tərəfindən təmin edilirdi. SonralarQayğı evikimi adlandırılan mərkəzlər müəyyən pul müqabilində xidmət göstərməyə başlamışdı.

Amerikada sonrakı dövrlərdəQocalar evimüvəffəqiyyətlə özünü doğrultmuşdu. Bununla da belə mərkəzlər dövlət tərəfindən maliyyələşdirilən ictimai daimi yaşayış yerinə çevrilməyə başladı. Burada yaşlılar təkcə yeməklə yox, həmçinin tibbi yardımla da təmin edilirdilər.

Həmin dövrdə Böyük Britaniyada səhhətində problemi olan yaşlı insanlar xəstəxanalarda saxlanılırdılar. İkinci Dünya müharibəsindən sonra xəstəxanaya gətirilən yaralı əsgər mülki vətəndaşların sayı artdığından xəstəxanada həddən artıq sıxlıq olmuşdu. Bu hadisə ilə ictimai qocalar evinin yaranma zərurəti meydana çıxdı. 1950-ci ildən sonraQocalar evi”nin standart qanunlarını tənzimləyən bir neçə akt da qəbul edildi. Bu qaydalar xəstələrin ehtiyaclarının ödənilməsinə nəzarəti ehtiva edirdi.

Bu gün qocalar evləri müxtəlifdir. Bəzi qocalar evləri hələ xəstəxanaya, bəziləri isə daha çox evə bənzəyir. Bu məkanların sakinləri öz qayğılarına dair vəsaiti öz hesablarına ya dövlət yardımı ilə ödəyə bilirlər. Evlərdə yataqxana yeməkxanadan əlavə bir çox hallarda saç ustası, bank şöbəsi fəaliyyət göstərir. Xüsusilə yaşıllıqda salınan mərkəzlər ərazidə rahat gəzinti imkanını da təmin edir.

 

Azərbaycan.-2022.- 6 fevral.- S.7.