74-cü Beynəlxalq Astronavtika Konqresinin
2023-cü ildə Bakı şəhərində keçirilməsi
ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.
Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə - 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən evsahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Azərbaycan Respublikasının Baş naziri
Təşkilat Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Təşkilat Komitəsinin üzvləri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının gənclər
və idman naziri
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti
“Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin
sədri
Heydər
Əliyev Mərkəzinin
direktoru
Bakı Konqres Mərkəzinin direktoru.
2. Bu Sərəncamın 1-ci hissəsi
ilə yaradılmış
Təşkilat Komitəsi
74-cü Beynəlxalq Astronavtika
Konqresinin 2023-cü il oktyabrın 2-6-da Bakı şəhərində
keçirilməsinə dair
Tədbirlər Planı
hazırlayıb həyata
keçirsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2022-ci il
Azərbaycan $g 2022.- 8 fevral.- S.2.